Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-09-2020, 13:41)
“Sipark” 2 kompleksi Əli Həsənova necə verilib? - İDDİA

“Sipark” 2 kompleksi Əli Həsənova necə verilib?
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun yayılan sərvətinin siyahısında olduqca mühüm nüans diqqət çəkir. Reportyor.info xəbər verir ki, Ə.Həsənovun Bakıdakı əmlaklarının bir hissəsi də “Evrostroy SS” yaşayış kompleksində imiş.

Şirkətin 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleksi keçmiş məmura məxsusdur. “Evrostroy SS” adını dəyişərək “Sipark” kimi fəaliyyətini davam etdirir.

Adı müxtəlif qalmaqallı işlərdə, MTN generalı Akif Çovdarovla hallanmış, indiyə qədər Nərimanovda tikilən layihəni təhvil verməyən, sakinləri süründürən “Sipark”ın Ə.Həsənovla hansı əlaqələrə sahib olunduğu açıqlanmır.

Yəni, iki kompleksin Ə.Həsənova bağışlandığı, yoxsa sabiq məmur tərəfindən alındığı bilinmir. Amma “Sipark”ın mənzilləri ayrı-ayrı vətəndaşlara yox, pezidentin sabiq köməkçisinə satması belə suallar doğurur.

Bundan əvvəl şirkət haqda elektron KİV-də ciddi ittihamlar səslənib. Bir haşiyəyə çıxaq ki, “Evrostroy” tikinti şirkətində həmin vaxt Seymur İsayevlə Hacı Rafael Qarayev şərik olublar. Həmin Seymur İsayev ki, indi “Sipark”ın rəhbəridir. Onun MTN generalı hesabına şərikinə təzyiqlər göstərdiyi iddiaları mediada yer alıb.

Son vaxtlar isə sakinlər şirkətin onların süründürməsindən şikayətçidirlər. Bu haqda ayrıca yeni müraciəti təqdim edəcəyik. İndisə “Sipark” Ə.Həsənovun açıqlanan varidatının siyahısında şirkətin iki kompleksinin olmasını izah, aydınlıq gətirməlidir.

Biz Ə.Həsənovun əmlaklarının siyahısını bir daha təqdim edirik:

1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)

2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks

3. Bakı şəhərində “Rahatlığın məkanı”– Goldyaşayış kompleksi- 25 blok

4. Bakı şəhərində Araz 2011 yaşayış kompleksi

5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi

6. Bakı şəhərinin Nərimanov rayonunda, Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina

7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi

Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar:

1. Nərimanov rayonunda Ağa Nemətulla küçəsində 5 ədəd qeyri yaşayış sahəsi. Hər biri 3-5 min kv m

2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası

3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)

4. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu

5. Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 000 kv m ərazisi olan Avto-Qalereya

6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (Hilal Elektrik binası və yanındakı 3 bina)

7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi

8. Azadlıq prospektində inşa edilmiş otel binası

Restoranlar:

1. Fəvvarələr meydanında Cook Zone restoranı

2. Park Bulvar və Metroparkda Big Chef və fast food restoranlar şəbəkəsi

3. Nərimanov rayonu, Atatürk parkında Park restoranı

4. Nərimanov rayonu, Atatürk parkında Beer House restoranı

5. Nərimanov rayonu, Atatürk parkında Garden restoranı

6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və Gecə klubu kompleksi

7. Nərimanov rayonunda yerləşən Hamam Kompleksi

8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları

Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:

1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv m qeyri-yaşayış sahəsi

2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)

Villalar:

1. Əhməd Rəcəbli küçəsində Hilal Elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa

2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)

3. Şamaxıda 4 ədəd villa

4. Novxanıda 2 ədəd villa

5. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa

Digər obyektlər:


1. Zavod – İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)

2. Kənd təsərrüfatı – Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma

3. Gecə klubu – Nərimanov rayonunda Las Vegas gecə klubu

4. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma

5. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024