Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevlə bağlı müzakirələr səngimir. Əslində, Mehdiyev özü dalbadal bəyanatları ilə buna rəvac vermiş olur...
Avqustun 18-də qız nəvəsinə edilən toy məclisindən sonra daha çox ictimaiyyətin qınağına, tənqidlərinə tuş gələn AMEA rəhbəri geri çəkilmək, üzr istəmək əvəzinə, əks addımlar atır.
Son olaraq, o, Azərbaycanın xarici siyasətini, mətbuatını, ziyalılarını, diasporunu tənqid edib. Bunu aidiyyəti sahənin adamları hiddətlə qarşılayır. PA-nın keçmiş rəhbərinin sərt cəzalandırılması yönündə tələblər getdikcə artmaqdadır.
Bütün baş verənlərin fonunda indi əsas müzakirə istiqaməti onu hansı taleyin gözlədiyi, aqibətinin necə olacağı ilə bağlıdır.
Akademikin mənsub olduğu Yeni Azərbaycan Partiyasından çıxarılıb-çıxarılmayacağı da çoxlarını düşündürür.
YAP-çı deputat, hakim partiyanın Siyasi Şurasının üzvü Musa Quliyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, hazırda Yeni Azərbaycan Partiyasında rəhbər strukturlarda təmsil olunan şəxslərdən kiminsə qurumdan xaric olunması məsələsi gündəmdə deyil: “Bu məsələ aktual da deyil. O ki qaldı, partiya üzvünə hər hansı bir cəza verilməsi, yaxud xəbərdarlıq alması, partiyadan çıxarılması, bu onun mənsub olduğu ilkin partiya təşkilatının qərarı əsasında olur. Amma hazırda partiya rəhbərliyindəki şəxslərin hər hansı biri barədə belə bir məsələ gündəmdə deyil”.
Deputat R.Mehdiyevin YAP-dan çıxarılmasına heç bir əsasın olmadığını düşünür: “Axı o niyə partiyadan çıxarılmalıdır ki? Hər hansı bir şəxs, vətəndaş toy edirsə, o hansısa bir qanunu pozur. Toy edən şəxs də, toyda iştirak edənlər də, cərimə olunublar və demək olar ki, hamısı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunublar. Amma bununla bağlı kimisə partiyadan çıxarmaq məsələsi hazırda gündəmdə deyil”.
YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev isə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasında heç bir perspektivini görmədiyini dedi: “Ramiz çoxdan partiyadan qovulmalı, cəzalandırılmalı idi. Ramizdən başqa partiyadan uzaqlaşdırılası, cəzalandırılası adamlar çoxdur. Düzdür, icra başçıları həbs ediləndən sonra Əli Əhmədov bir iclas keçirdi. O Ramiz Mehdiyev haqqında da xala-xətrin qalmasın bir cümlə işlətdi. Partiyanın daxili siyasətini nə günə qoyduqlarını yaxşı bilirik. Hətta iş o yerə çatıb ki, partiyada Ramiz Mehdiyev haqqında haqlı olaraq bir fikir söyləmək gücündə olan şəxslər demək olar ki, qalmayıb”.
“Yeni Müsavat”
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024