Karusel (31-08-2020, 12:15)
Süleyman Mikayılovun nəticə çıxarmaq üçün vaxtı olacaqmı?
Bakı şəhərində son illər sakinlərin istirahət etməsi üçün çoxlu yeni parklar salınıb. Bir çox məhəllələrdə baxımsızlıq ucbatından bərbad hala düşmüş istirahət güşələri.uşaqların əyləncə yerləri abadlaşdırılıb,sakinlərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən,təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində bu gün paytaxtın bütün rayonlarında onlarla belə məhəllələr sakinlərin ixtiyarına verilib.Leyla Əliyevanın bu nəcib təşəbbüsü ilə paytaxt rayonlarında təmir olunub istifadəyə verilən həyət və məhəllələr sakinlər tərəfindən çox böyük rəğbətlə qarşılanır,onların hədsiz sevincinə səbəb olur.
Aktualinfo.org Bakının Qaradağ rayonunda bu baxımdan nə kimi işlər görülməsi ilə bağlı kiçik bir araşdırma aparıb. Rayonun Qobusatan,Sahil,Lökbatan və digər qəsəbələrində son illərdə abadlaşdırma,təmir işlərinin vəziyyəti ilə bağlı apardığımız araşdırmalarda fərqli mənzərələrin şahidi olduq.Qeyd edək ki, ötən il rayonda təkcə abadlaşdırma,təmir işlərinin aparılması məqsədi ilə Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən bir neçə tender proseduru keçirilib ki,ümumi olaraq bu məqsədlə 1 702 904 manat xərclənib.Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 18 aprel 2019-cu il tarixində keçirilmiş açıq tender üsulu ilə satınalmada Lot .1 Abadlıq işlərinin görülməsi – 710282.70 manat, Lot.2 Mal-materialların alınması- 98534.72 manat və Lot .3 Yolların əsaslı təmiri- 894087.00 manat məbləğində “Enerjiquraşdırma -H ” MMC qalib elan olunmuşdur və qalib gəlmiş iştirakçı ilə 04 iyun 2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Ayrılmış bu qədər vəsaitin müqabilində Qaradağ rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi Lökbatan qəsəbəsində,İntiqam Nəbiyev küçəsində nədənsə abadlaşma işləri aparılmır.Əldə etdiyimiz məlumatlara görə sözügedən küçədəki 1,21 və 45 saylı binaların həyətləri tamamilə zəbt edilib.Qaradağ rayon İcra Hakimiyyətinin rəsmiləri isə bu binaların qarşısında yaradılmış xaos vəziyyəti görməzdən gəlirlər.Binaların həyətində uşaqların oynaması üçün,yaşlı sakinlərin dincəlməsi üçün demək olar ki,yer qalmayıb.Həyətdəki yanğınğınsondürmə quyusunun üstündə belə tikinti işləri aparılıb,bəzi şəxslər tərəfindən qaraj kimi istifadə edilir.Həmin bu bəzi şəxslər həyətin abadlaşdırılması üçün gələn rəsmi şəxsləri də ələ aldıqları bildirilir. Məlumatlara görə rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov tez -tez bu əraziyə baş çəkir.Hər gəlişində qarajların sökülməsini sakinlərə xatırlatsa da, nədənsə icra etmir. Amma başqa bir məlumatda isə bildirilir ki,qəsəbədəki “Cırtdan” parkı qeyri rəsmi olaraq rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun oğlu tərəfindən idarə olunur.Burada uşaqların əylənməsi və istirahət etməsi üçün yüksək səviyyədə şərait yaradılıb.Amma di gəl ki, uşaqlar adi yellənçəyə belə pul ödəməli olurlar.
Qeyd edək ki,Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun fəaliyyəti barədə dövrü mətbuatda kifayət qədər tənqidi məqalələrə rast gəlmək mümükündür.Hətta bir çox yazılarda Süleyman Mikayılov qanunsuz hərəkətlərə yol verməkdə,özbaşınalıqlarda ittiham olunur.Təbii ki,biz bunlara bir daha toxunmaq istəməzdik. Lakin Lökbatan qəsəbəsində bir çox məhəllərin bərbad vəziyyətdə olması bizi araşdırmalar aparmağa vadar etdi etdi. Aktualinfo.org son illər Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rayon ərazisində aparılmış və aparılması nəzərdə tutulan abadlıq və təmir işlərinə ayrılmış dövlət vəsaitlərinin istifadə olunması ətrafında araşdırmalar aparıb.Bu məqsədlərlərlə 2019-cu ildə bizim hesablamalarımıza görə 1 702 904 manat vəsait xərcləndiyini yuxarıda qeyd etmişik.Bəs cari ildə rayonda abadlaşdırma və təmir işlərinə nə qədər vəsait ayrılıb?
Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 03.06.2020-ci il tarixdə yolların əsaslı təmiri üzrə “TƏMİR-TƏCHİZAT-4” Məhdud Məsiliyyətli Cəmiyyəti ilə 893034.21 manat, abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması üzrə 83099.38 manat,abadlaşdırma işləri üçün mal materialın alınması üzrə 74632.78 manat dəyərində satınalma müqavilələri bağlayıb.Ümumi dəyəri 1 050 766 manat olan bu satınalma müqavilələrində abadlaşdırma işlərinin hansı ünvanda aparılması nəzərdə tutulduğunu nədənsə tender elanında göstərilməmişdir.Bu da ayrılmış vəsaitin başqa istiqamətlədə sərf olunması barədə şübhələr yaradır. Digər tərəfdən isə sözügedən MMC-nin 2005-ci ildə yaradılmasına baxmayaraq Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişindən başqa heç bir tenderdə iştirak etməməsi,analoji işlərdə təcrübəsinin olmaması anlamına gətirir,şübhələri daha da artırır.
Elə həmin tarixdə abadlıq işlərinin yerinə yetirilməsi üzrə “NOR CONSTRUCTİON” Məhdud Məsiliyyətli Cəmiyyəti ilə 711025.82 manat,mənzil fondunun əsaslı təmiri üzrə 157180.13 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır.Qeyd edək ki,analoji hal ümumi dəyəri 868 205 manat olan bu satınalma müqavilələrində də təkrarlanmış,abadlıq içlərinin aparılacağı ünvan dəqiq göstərilməmişdir.Sözügedən bu MMC də 2015-ci ildə yaradılmasına baxmayaraq Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişindən başqa heç bir tenderdə iştirak etməmişdir.
Göründüyü kimi,cari ilin iyun ayında Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlaşma və təmir işləri üçün ümumi olaraq 1 918 971 manat dəyərində dövlət sifarişi vermişdir.İki il ərzinə bu 3 621 875 manat dövlət vəsaiti edir. Bəs görəsən ayrılmış bu qədər dövlət vəsaitinə harada və hansı işlərin görüldüyü barədə Birliyin rəisi Namizəd İsmayılov bizə nə kimi məlumatlar verə bilər?Düzdü Namizəd İsmayılov sözügedən vəzifəyə cəmi 7-8 ay olar təyin edilib.Lakin hesabat ki,onun əlindədir. Məsələn maraqlıdır, görəsən təmir edilməsi ötən il üçün nəzərdə tutulmuş,tender elanlarında ünvanı göstərilməyən ərazilərdə Namizəd İsmayılov bu il yenidən abadlaşdırma işləri aparmır ki?Yaxud da tenderdə qalib elan olunmuş MMC-lərlə onun bağlılığı yoxdur ki? Yeri gəlmişkən Birliyin,yaxud da İcra Hakimiyyətinin qalib elan etdiyi MMC-lərin maddi-texniki bazalarının,analoji işlərdə təcrübələrinin olub, olmaması barədə heç yerdə məlumat əldə edə bilmədik.Bəlli olan odur ki,bu MMC-lər də 10 manata yaradılmış birdəfəlik şirkətlərdir.Aşağıdakı məlumatlarda bu özünü açıq-aydın göstərir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4” Məhdud Məsiliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev ev 13,qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu qeyd edilib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NOR CONSTRUCTİON” Məhdud Məsiliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.05.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu M.F.Axundov ev 4,dalan 1,qanuni təmsilçisinin isə Əliyev Əbilfərz Cəfər oğlu olduğu qeyd edilib.
Ötən il Qaradağ rayonunda 1 702 904 manat dəyərində dövlət sifarişi həyata keçirmiş “ENERJİQURAŞDIRMA-H” Məhdud Məsiliyyətli Cəmiyyətinin isə kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.01.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu Xan Şuşinski ev 54, mən 30,qanuni təmsilçisinin isə Süleymanov Samir Süleyman oğlu olduğu qeyd edilib.
Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 28.07.2020-ci il tarixdə deratizasiya və dezinseksiya işlərinin aparılması üzrə “SANİTAS” MMC ilə 43772.4 manat dəyərində müqavilə bağlamışdır.Müqavilədə deratizasiya və dezinseksiya işlərinin harada aparılması bəlli olmasa da başqa gizlinlər üzə çıxdı.Belə ki,müqavilənin bağlanılması barədə elan edildiyi “SANİTAS” MMC-nin olduğu göstərilən VÖEN (5600201431)”ALFA-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olduğunu aşkar olundu. “ALFA-SS” MMC isə 10.01.2014-cü il taixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində yaradıldığını öyrəndik.Nizamnamə kapitalı cəmi 2 manat olan MMC hüquqi ünvanının Yardımlı şəhəri Heydər Əliyev prospekti,qanuni təmsilçisinin isə Məmmədov Sabir Şamil oğlu olduğu barədə məlumlar əldə etdik. Bu MMC-nin birbaşa Süleyman Mikayılova yaxın olan şəxsə bağlı olduğu ehtimal edilir. Belə ki Süleyman Mikayılovun İcra Hakimiyyəti sistemində fəaliyyətinə məhz Yardımlı rayonundan başlaması heç kimə sirr deyil.O, da sirr deyil ki,Sülüyman Mikayılov Yardımlı rayonuna İcra başçısı vəzifəsinə Kəmaləddin Heydərovun vaxtı ilə rəhbəri olduğu gömrük sistemindən keçib.”ALFA-SS” MMC-nin bu gün Fövqəladə Hallar Nazirliyinin də elan etdiyi tenderlərin qalibi olması Süleyman Mikayılov Kəmaləddin Heydərov dostluğundan yaranmış işbirliyi ehtimalını daha da artırır.
Qayıdaq Lökbatan qəsəbəsindəki İntiqam Nəbiyev küçəsində zəbt olunmuş məhəlləyə.Məlum olduğu kimi Prezident İlham Əliyev avqustun 4-də Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış oldu. Ölkə başçısının sözügedən tədbirdəki çıxışından bəzi məqamları Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova bir daha xatırladırıq: “Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.” Bəs Görəsən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkə başçısının bu iradından hansı nəticəni çıxarır? Lökbatandakı İntiqam Nəbiyev küçəsində zəbt olunmuş məhəllə nə üçün əvvəlki vəziyyətinə qaytarılmır? Bunun üçün ona nə qədər vaxt lazımdır? İndiyə qədər bu məhəllə nə üçün abadlaşdırılmayıb? Bəlkə Nizami rayonunun keçmiş İcra başçısı kimi Süleyman Mikayılov da şikayətlərin yuxarı orqanlara çatmasını gözləyir? Yoxsa, nəticə çıxarmaq üçün onun da vaxtı olmayacaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024