Dövlət Sosial Müdafiə Fondunda(DSMF) struktur dəyişikliklərinə başlanılıb.
Bu barədə “MediaPost”a DSMF-dən bildirilib. Məlumata görə, struktur dəyişikliyinə əsasən Fondun 5 mərkəzi fililalı, Bakı üzrə 9 xidmət nümayəndəliyi, regionlarda isə 61 ərazi fialları və xidmət nümayəndəlikləri yaradılıb. Onların vəzifələri əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin, kompensasiyaların təyin edilməsi, həmin ödənişlər və təyinatlarla müraciətlərin araşdırılması, hesabatların hazırlanması, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılmasıdır. Bundan əlavə, filial və xidmət nümayəndəlikləri təyinatı aparılmış, yenidən hesablanmış və növü dəyişdirilmiş işlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Pensiya” və “Sosial ödənişlər” altsistemlərinə daxil edilməsi, əmək pensiyaları, sosial müavinətlər,prezident təqaüdləri, kompensasiyalarla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin həyata keçirilməsini təmin edəcək.
Fonddan o da qeyd edilib ki, yeni yaradılan filiallar müvafiq bölgələr üzrə şöbələrinin hüquqi varisləridir, o şöbələrin bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin rayon filiallarına keçib.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024