Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-08-2020, 22:50)
Kürdəmirin icra başçısı büdcəni bu yolla talan edirmiş - FAKTLAR


Kürdəmirin icra başçısı büdcəni bu yolla talan edirmiş
Yerli icra hakimiyyətləri orqanlarında korrupsiya faktlarına rast gəlmək çoxdan adi hala çevrilib. Dözülməz reallıqdır ki, Azərbaycanda dövlət idarəçiliyi sektorunda dövlətçilik təfəkkürü olmayan, mənəviyyatca natəmiz, xislətcə anti-milli olan şəxslər yer alıblar. Hər gün yeni bir neqativ və tükürpədən faktla üzləşdikcə Azərbaycanın sağlam və etibarlı gələcəyinə olan ümid daha da azılır, hətta deyərdim, artıq yox olub.

İctimai vəkil Samir Zeynalov Dominant.az-a açıqlamasında Kürdəmir Rayon İcra Hakimiyyətində, eləcə də rayonun digər dövlət strukturlarında gerçəkləşmiş korrupsiya faktlarını diqqətə çatdırıb:

"1. Belə ki, mövcud pandemiya şəraitində bayram tədbirlərinin, yığıncaqların qadağan olunmasına baxmayaraq, Kürdəmir Rayon İcra Hakimiyyəti cari ildə “Novruz bayramının keçirilməsi üçün lazım olan mal-materialların alınması məqsədilə” “ELGÜN-AC” MMC-yə (VÖEN: 5700262621) 14950 AZN pul ödəyib.

Qeyd edim ki, bu barədə aylar əvvəl məlumat vermişdim.

2. Kürdəmir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ötən il elan etdiyi 6 tender müsabiqəsində “İnpeks N” MMC şirkətini (VÖEN: 1601862631) qalib elan edib. Xatırladım ki, sözügedən podratçı şirkətin dövlət büdcəsinə bu günə olan borcu 4186841.27 AZN, başqa sözlə 4 milyon 186 min 841 manat, 27 qəpik təşkil edir.

Qeyd edim ki, hələ 2 ay öncə tenderlər kralı olan "İnpeksN" MMC şirkətinin dövlət büdcəsinə ödənilməmiş 7 milyon 263 min 941 manat 54 qəpik vergi borcu var idi. Dövlət Satınalmaları Haqqında qanunun 6.2.5-ci maddəsinə əsasən bu şirkət dövlət qurumlarının elan etdiyi tender müsabiqələrində iştirak edə bilməz. Belə olan halda isə Kürdəmir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin bu şirkətlə hansı məqsədlə anlaşdığını anlamaq heç də çətin deyil.

Qanunvericiliyin aşkar qadağasına baxmayaraq, tender müsabiqələri üzrə qalib elan edilmiş “İnpeks N” MMC şirkətinə müxtəlif xidmətlərin göstərilməsi müqabilində ümumi olaraq 72,759 AZN pul ödənilib.

"Universal" xidmətlər göstərən, bir gündə demək olar ki, 2 tenderin qalibi olan "İnpeksN" MMC-in qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğludur. Hüquqi ünvanı: Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34.

3. Təəccüblü deyil ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının da elan etdiyi tenderlərdə “İnpeks N” MMC şirkəti qalib elan olunub. Belə ki, tərəflər arasında ötən il “cari təmir işlərinin satınalınması, digər maşın avadanlıqlarının satınalınması, bərk inventarların satınalınması və əsaslı təmir işlərinin satınalınması” xidmətləri üzrə ümumi dəyəri 85, 954 AZN təşkil edən 4 müqavilə bağlanılıb.

Qeyd edim ki, analoji sövdələşmə faktları 2018-ci ildə də gerçəkləşib. Belə olan halda korrupsiya lahiyələrinə milyonlarla dövlət vəsaitinin sərf edilməsini dərk etmək heç də çətin deyil".
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024