Karusel (18-08-2020, 23:13)
“Hafka” generalla 100 minlik qalmaqaldan DANIŞDI
“Hafka” ləqəbli Hafiz Məmmədov adlı iş adamı Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevlə adının hallanmasına münasibət bildirib.
Hafiz Məmmədov “MediaPost”a özəl açıqlamasında əvvəlcə İsmayıl Kəngərlinin onun vəkili olduğunu təsdiqləyib və daha sonra yayılan məlumatlara aydınlıq gətirib.
“Guya yazırlar ki, tələbkar olduğum qətnamənin icrası ilə bağlı generala 100 min manat pul vermişəm. Həqiqətən, mən bu məsələlərdən məlumatsızam. Bizim heç vaxt belə məsələlərdə problemimiz ola bilməz. Bizim kiminlə problemimiz var ki? İsmayıl Kəngərli özü də bu məsələ ilə bağlı aydınlıq gətirib", - o “MediaPost”a açıqlamasında bildirib.
Hafiz Məmmədov general Nurəddin Mustafayevlə şəxsi münasibətlərinin olub-olmamasından da danışıb: “Şəxsi tanışlığım yoxdur. Onun harada işlədiyini bilirdim, kim olduğunu yaxşı tanıyıram”.
Xatırladaq ki, tanınmış vəkil Adəm Məmmədov vəkil İsmayıl Kəngərlinin adından general Nürəddin Mustafayevin işdən çıxarılmasının səbəbini sözügedən məsələ ilə bağlı olduğunu iddia edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024