Karusel (29-07-2020, 17:00)
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür
"Bu birbaşa korrupsiyadır, burada birbaşa cinayət tərkibi var”.
Sfera.az.a açıqlamasında bu sözləri deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkəti olan "AZ. İNŞAAT –M.V.” MMC-yə verməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Bu hal ciddi şəkildə araşdırılmalıdır. Bu, hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən korrupsiya faktlarının sübut olunması üçün əsaslar yaradır. Azərbaycanın Tender və Satınalmalar Haqqında Qanununa görə maraq toqquşması baş verəndə bu cinayət tərkibli fakt kimi qeydə alınır”.
Həmsöhbətimiz qeyd etdi ki, belə halların olması aparılan araşdırmalar nəticəsində öz təsdiqini taparsa iş məhkəməyə getməlidir:
"Bu olmasa bir daha ölkədə ədalətin zədələndiyinin şahidi ola bilərik. Məhkəmə yolu ilə bu halın sübut olunması həmin şəxsə və onun ətrafında olanlara qarşı ciddi tədbirlərin görülməsinə gətirib çıxarmalı, Cinayət Məcəlləsi və hüququn diqtə etdiyi bütün formalarda onlara qarşı addımlar atılmalıdır ki, digərlərinə də dərs olsun. Bu yolla ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi nəticəsində dəymiş ziyan ödənilməlidir”.
N. Cəfərlinin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəbi cəzasızlıq mühitidir: "Cəza olmayanda insanlar bu tip qanunsuz əməllərə gedir. Ona görə də həmin addımı atanlar ciddi şəkildə cəzalanmalıdır ki, digərləri üçün də dərs olsun”.
Hüquqşünas Ələsgər Əhmədoğluna görə də bu əməldə korrupsiya ehtimalı var: "Korrupsiyaya qarşı mübarizə haqqında qanun var. Bir qurumun rəhbəri öz yaratdığı quruma 15 milyon manatlıq tender veribsə, burada artıq mənafelərin toqquşması məsələsi var. Çünki həm verən, həm də alan tərəf eynidir. Bu da korrupsiya ehtimalı yaradır. Əlbəttə ki, korrupsiya qanunvericiliyinə görə bu hal yolverilməzdir.Belə tenderlərdə yaxın adamların, qohumların iştirakı qadağan olunur”.
Hüquqşünas düşünür ki, burada səlahiyyətdən sui-istifadə halına yol verilib və nəzarətin olmaması həmin neqativ proseslərin baş verməsinə gətirib çıxarır:
"Bu baş veribsə, deməli burada hansısa şəkildə bilavasitə səlahiyyətlərdən sui-istifadə halına yol verilib. Problem ondadır ki, belə proseslərə nəzarət yoxdur. Ona iki istiqamətdə, hüquqi və ictimai müstəvidə nəzarət olmalıdır. Amma ölkədə qeyri-hökumət təşkilatları və medianın nəzarət imkanları məhdudlaşdırılıb. Hüquqi nəzarətə gələndə isə istər Hesablama Palatası və istərsə də hüquq-mühafizə orqanları bu faktları mediada yayılan andan etibarən araşdırmalıdır.
Çünki, Cinayət Prosesual Məcəlləsinə görə cinayət ehtimalı olan informasiya mətbuatda yayılırsa, bu artıq prosesi araşdırmaq və cinayət işinə başlamaq üçün əsaslardan biridir. Amma bu nəzarət olmadığından vəzifəli şəxslər özlərini daha rahat hiss edir. Nəticə etibarı ilə yaranmış vəziyyət belə korrupsiya ehtimallarının baş verməsinə şərait yaradır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024