Karusel / Slayd (12-10-2017, 13:08)
Polkovnikdən generala etiraz - "Arzu Rəhimov 600-700 nəfəri işdən çıxardı..."
İkinci qrup Qarabağ müharibəsi əlili, polkovnik-leytenant Zakir Hüseynov Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi Arzu Rəhimovdan şikayətçidir.
Şikayətçi bildirib ki, Arzu Rəhimov qanunsuz olaraq onu işdən çıxarıb, maaşını da azaldıblar.
Z.Hüseynov müvafiq qurumlardan kömək ala bilməyincə, məsələni ictimailəşdirmək üçün "Yeni Müsavat”a müraciət edib.
O, şikayətini geniş formada aşağıdakı kimi anladıb:
"Arzu Rəhimov SHÇDX rəisi olduqdan sonra guya işçilərin sayının azaldılması və ya ştatlarının ixtisara salınmasını əsas götürərək 600-700 nəfəri işdən azad etdi. Amma özünə yaxın olanları işə qəbul edir. Mənim isə işdən azad olunmağıma heç bir səbəb yoxdur. Çünki işlədiyim müddətdə vəzifəmin öhdəsindən lazımınca gəlirdim. Hətta bir veteran müharibə əlili kimi ixtisara salınmalı deyildim. 2-ci qrup Qarabağ əliliyəm, faktiki olaraq, mənimlə bu gün xidmətdə çalışan Arzu Rəhimova yaxın olan təqaüdçülərin arasında fərq yoxdur. Üstəlik, qanun da mənim 2-ci qrup əlil kimi öz razılığım olmadan başqa işə keçirilməyimə imkan vermir. Məni başqa işə öz razılığım olmadan keçiriblər. Arzu Rəhimovun özü təqaüd də alır, maaş da. Mənim müraciətlərimə isə cavab yazırlar ki, təqaüd alırsan. Başa düşə bilmirəm ki, mənim təqaüd almağımı niyə səbəb gətirirlər?! Axı mənə cavab yazanların özləri də mənim kimi təqaüdçülərdir”.
Polkovnik-leytenant rütbəsində olan Zakir Hüseynov bildirib ki, vəziyyəti çox ağırdır:
"Vətən-torpaq yolunda sağlamlığımı itirmişəm. 2003-cü ildə qızım, 2004-cü ildə həyat yoldaşım vəfat edib. Himayəmdə gələcəyin əsgəri olan azyaşlı oğlum var. Ona normal təhsil vermək istəyirəm. Bundan başqa, rayonda valideynlərim yaşayır. Onlara da yardım edə bilmirəm”.
Polkovnik-leytenant Z.Hüseynov onu da qeyd edib ki, 1963-cü ildə Tovuz rayonunun ermənilərlə sərhəddə yerləşən Koxanəbi kəndində doğulub.
Kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra keçmiş Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universitetinin) hərbi-hazırlıq fakültəsinə daxil olub. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra taleyini hərbiyə bağlayıb və Azərbaycan ordusunda gənc zabit kimi xidmət etməyə başlayıb. Zakir Hüseynov deyir ki, o qızğın döyüşlər gedən, ön cəbhədəki hərbi hissələrdə nümunəvi xidmət və şücaət göstərib. Tovuz rayonunun müdafiəsində yaxından iştirak edib. Döyüşlərin birində minaya düşərək ağır yaralanıb, sağ ayağını itirib. Hazırda ömürlük şikəstdir:
"Müharibədən sonra hərbi komissarlıq sistemində çalışdım. 2009-cu ildə ştat ixtisarı ilə ixtisar olunub, sərəncama götürüldüm. Vaxtından əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddimə çatmamış hərbi xidmətdən ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Komissarlığında mülki işçi kimi işə qəbul olundum. 2012-ci ildə hərbi komissarlıq sistemi yenidən qurularaq SHXÇDX yaradıldıqdan sonra qeyri-qanuni olaraq azad edildim. Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan ”Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər. Hazırda işlədiyim mühəndis-mexanik vəzifəsi ixtisasıma uyğun deyil. Mühəndis deyiləm, mexanik işini bilmirəm. İndiki iş yerimdən aldığım 143 manat heç mənim müalicə xərclərimə kifayət etmir. Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, yazılı müraciətlər etmişəm. Lakin bu günədək məsələ həllini tapmır. Halbuki mənimlə birlikdə ixtisar olunanların əksəriyyəti işlə təmin ediliblər".
Şikayətçinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin də mövqeyini almağa israrlı cəhdlər etsək də, buna nail ola bilmədik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024