Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-02-2016, 14:51)
“Ünvanlı sosial yardım ləğv edilsin” – Deputat

publika.az1430811747publika.az1423315384Musa_Urud

 

“447 milyona mənzil-kommunal təsərrüfatının saxlanılmasına nə ehtiyac var?! Mənzillər özəlləşib, su, qaz, işıq və s. müstəqildir. Problem olanda başqa sahəyə yönəlir”.

 

Mediatv.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı 2016-ci il büdcəsinə dəyişiklərin müzakirəsi zamanı eyib. O qeyd edib ki, bu qədər vəsaitlə mənzil-kommunal təsərrüfatlarının saxlanılmasına ehtiyac yoxdur.
Eyni zamanda deputat həmkarından fərqli olaraq deyib ki, iqtisadi blok gücləndirilmiş iş rejimində çalışır.
“Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var. Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir”.
Deputat Vahid Əhmədov bildirib ki, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır.
“Yoxsa kənd təsərrüfatı inkişaf etdirə bilməyəcəyik. Eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı üçün problemlər ortadan qaldırılmalıdır. Düzdür, bununla bağlı işlər görülür. Lakin bu işləri daha da yaxşılaşdırmaq olar”.
Deputat eyni zamanda ipoteka kreditlərinə diqqət çəkib.
“İpoteka kreditləri üçün 2016- ci ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Cənab prezident isə ipotekanın məbləğinə daha 200 milyon manat vəsait artırılması ilə bağlı göstəriş vermişdi. Hökumət bununla bağlı qərar verməlidir”.
Deputat Musa Quliyev isə ölkəyə idxal edilən dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsindən danışıb. O bildirib ki, bir tərəfdən dərmanların qiymətləri tənzimlənir, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzərində olan ƏDV vətəndaşlardan çıxır.
“Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki onların ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirlməlidir”.
Eyni zamanda deputat ünvanlı sosial yardımın verilməsindən danışıb.
“Ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən işlər görülür. Lakin yenə də bu yardımın bir hissəsi dağıdılır. Ona görə təklif edirəm ki, ünvanlı sosial yardım ləğv edilsin və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizm hazırlansın”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024