Karusel (19-02-2016, 19:11)
Rusiyalı politoloqdan sensasion iddia: “Ankara Bakıdan Ermənistana zərbə endirməyi tələb edəcək...”
Bu gün Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Mediatv.az: Xəbər verildiyi kimi, görüşdə dünya və regionda gedən proseslər, təhlükəsizlik problemləri, siyasi, iqtisadi və başqa sahələrdə üçtərəfli əməkdaşlığın perspektivləri və təbii ki, həm də terror məsələsi müzakirə olunub.
Xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxış edən türkiyəli nazir Mövlud Çavuşoğlu Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinə Ankaradakı terrorla bağlı başsağlığı diləklərinə və diqqətlərinə görə təşəkkür edib, terrorla mübarizənin gücləndiyini qeyd edib.
O, bir daha Türkiyənin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ. Abxaziya və Cənubi Osetiya münaqişəsinin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirib. Çavuşoğlu terror aktlarına baxmayaraq, Ankaranın öz xarici siyasətini dəyişməyəcəyini də söyləyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, terrorizmə ən yaxşı cavab həmrəylik və qarşılıqlı dəstəkdir. Öz növbəsində Gürcüstanın xarici işlər naziri Mixail Canelidze terrorçuluqla mübarizədə əllərindən gələni edəcəklərini söyləyib.
“Biz əlimizdən gələn yardımı göstərməyə hazırıq. Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük tərəfdaşıdır. Bu gün biz ikitərəfli və üçtərəfli görüşlər keçirdik və strateji tərəfdaş olduğumuzu təsdiqlədik” deyib.
Gözlənildiyi kimi, görüş Rusiyada da diqqətlə izlənilir. “Bu görüşün ən aktiv iştirakçısı Türkiyədir. Ankara özünün Rusiyaya qarşı siyasətinə iki ölkədən dəstək almağa çalışır”. Musavat.com-un məlumatına görə, bunu Moskvadakı Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Mixail Aleksandrov bildirib.
“Gürcüstan birmənalı şəkildə Türkiyəni müdafiə edir. Azərbaycan iki stulda oturmağa cəhd edir” – deyən analitik hesab edir ki, Türkiyə həmçinin, Azərbaycandan neft-qaz nəqlinin yalnız Gürcüstan vasitəsilə olmasını istəyir, çünki “istisna deyil ki, Rusiya Türkiyəyə qaz tədarükünü dayandırsın”.
Politoloqun sözlərinə görə, Tiflis görüşündə postsovet məkanında Rusiyaya qarşı müttəfiqlər axtarışı ilə yanaşı, hərbi məsələlər də var.
“Türkiyə ilə müharibə variantında Rusiya öz qoşunlarını Gürcüstan vasitəsilə Ermənistana istiqamətləndirəcək. Məhz buna görə, Ankara Acarıstana qoşun yeridilməsinin mümkünlüyü ilə bağlı Tiflislə danışıqlar aparacaq. Bu kontekstdə Türkiyə habelə Azərbaycandan antierməni fəaliyyətini gücləndirməyi və Ermənistana hərbi zərbə endirməyi tələb edəcək. Çünki Türkiyə ilə müharibə başlasa, Ermənistan da ona qoşulmalı olacaq” – qeyd edib ekspert.
Onun qənaətincə, bu halda Bakının missiyası erməni hərbi qüvvələrinin Azərbaycan istiqamətinə cəlb olunmağa məcbur etmək olacaq.
“Ancaq Bakı çətin ki, buna getsin, nədən ki, əks halda Rusiya Azərbaycana ordu yeridəcək” – iddia edib politoloq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024