Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-02-2016, 20:53)
Təhqirə dözmədi, müdiri başından vurdu - BİR QƏTLİN TARİXÇƏSİ

Təhqirə dözmədi, müdiri başından vurdu - BİR QƏTLİN TARİXÇƏSİ

 

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Ələsgər Xudiyev iş adamı, 1958-ci il təvəllüdlü Sahib Abbasovu odlu silahdan açdığı atəşlə qətlə yetirib. Sahibkarlıqla məşğul olan Sahib Abbasovun meyiti Göyçay rayonunun Alpoud kəndində yol kənarındakı elektrik transformatorunun yanından tapılıb.
 
Əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən öldüyü güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay Rayon Şöbəsində müayinə edilib. Ekspertiza S.Abbasovun odlu silahdan açılan atəş nəticəsində güllə yarası aldığını və bu səbəbdən dünyasını dəyişdiyini müəyyən edib.
 
Ələsgər Xudiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib.
Ələsgər Xudiyevin barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elxan Süleymanovun sədrklik etdiyi kollegiyada araşdırılıb.
 
İşlətdi, pulunu vermədi...
 
Ələsgər Xudiyev ifadəsində deyib ki, 12 avqust 2014-cü il tarixdə günorta evində nahar edib, 200 qram da araq içəndən sonra Sahibin sexində işlədiyi günlərin pulunu almaq məqsədilə Alpout kəndinə gedib: “Alpout kəndinə çatdığım vaxt Sahibin mağazasının qarşısında iş gördüyünü gördüm və onu yanıma çağırdım. Sahib də mənim yanıma gəldi. Həmin vaxt Sahibin arvadı Nargilə ilə qardaşı arvadı Gülgəz sexdəydilər və onların pərdəni çəkərək çölə baxdıqlarını gördüm. Sahib mənə yaxınlaşdı. Bu zaman ondan məni işdən çıxarmasının səbəbini soruşdum, sexdə arvadım və oğlum da işlədiyinə görə haqqımı tələb etdim. Sahib cavabında ded ki, “sənə nə pul verəcəm, nə də iş yoxdur”. O, bu sözləri deyərək mənim, arvadımın, ailəmin, övladlarımın və qohum-əqrəbamın ünvanına nalayiq söyüşlər söydü. Sonra da “səni yox edərəm” deyərək məni hədələdi. Mən də ona dedim ki, “zərəri yoxdur, bu sözləri sənə yedizdirərəm”. Bundan sonra öz maşınımla evə qayıtdım”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Bəydövül kəndinin girəcəyində “Yonca sahəsi” deyilən ərazidə oğlu İbrahimlə qarşılaşıb və birlikdə evə qayıdıblar: “Yolda oğlum məndən haradan gəldiyimi soruşdu. Sahibin yanından gəldiyimi, onunla mübahisə etdiyimi, onun mənim və ailəmin ünvanına nalayiq söyüşlər söydüyünü bildirdim. Lakin Sahiblə aramızda olan mübahisə barədə arvadıma heç bir məlumat vermədim. Evə çatdıqdan sonra Sahibin heç bir günahım olmaya-olmaya məni söyüb-təhqir etməsi olduqca pis təsir etmişdi. Evdə bir az uzandım. Lakin Sahibin söyüşləri mənə yer etdiyindən, yata bilmədim. Həyətə düşüb bir qədər vargəl etməyə başladım. Özümə gələ bilmirdim. Kəndin mağazasına gedərək 250 qramlıq araq aldım və yenidən evə qayıtdım. Həmin arağı axşam yeməyində içdim. Lakin bu da məni sakitləşdirmədi, Sahibin mənə və ailə üzvlərimə söyməsini heç cür qəbul edə bilmədim”.
 
Ə.Xudiyev daha sonra ifadəsində qeyd edib ki, Sahibi cəzalandırmaq qərarına gəlib: “Sahibi söyüş söydüyünə görə cəzalandırmaq - öldürmək qərarına gəldim. Çünki artıq onun söyüşlərini bir kişi kimi heç cür özümə qəbul etdirə bilmədim. Evdə nə qədər uzanaraq yatmaq istəsəm də, heç cür yata bilmədim. Digər tərəfdən, arvadım Həbibə 4 gün sexdə işlədiyi vaxt Sahib öz arvadı və qardaşı arvadına deyil, mənim arvadıma çay və meyvə gətirməsini kobud tərzdə buyurub. Elə olub ki, arvadımla kobud tərzdə danışıb. Sahibin bu hərəkətini heç cür qəbul etməmişəm. Bu səbəbdən evdə arvadım Həbibəylə dalaşmışam. Ona Sahibin dediklərinə əməl etməməsini tapşırmışam, demişəm ki, qoy öz arvadına tapşırıq versin”.
 
Cinayətə aparan yol...
 
Ələsgər Xudiyevin sözlərinə görə, həmin gün təxminən saat birə işləmiş yataqdan qalxaraq əynini geyinib: “Bu zaman arvadım Həbibə oyanaraq məni ayaqüstə gördü. Lakin heç bir şey soruşmadı. Hərbi gödəkçəmi və şalvarımı geyinərək yaşadığım evin eyvanında olan sütundan asılmış ov tüfəngini götürdüm. Həmin sütundan asılmış qatardan ikisi iri qırma, dördü isə xırda qırma olmaqla, 6 ədəd patron, eyvandakı stolun üstündən bıçaq, fanar və maşından kəlbətin götürdüm. Sonra Alpout kəndi ilə Bəydövül kəndi arasındakı yulğunluqdan kəsə yolla dəyirmanın həyətinə getdim”.
Ə.Xudiyev bildirib ki, patronları əvvəllər kustar üsulla düzəldib və ov zamanı həmin patronlardan istifadə edib: “Ovçu olduğumdan, fərdi qaydada kustar üsulla ovçular mağazasından biri 2 manat olan dəmir giliz, piston, barıt və qırma alaraq patron doldurmuşam. Həmin patronlardan ova getdiyim vaxt istifadə etmişəm. Demək olar ki, çox nadir hallarda zavod üsulu ilə hazırlanmış patronlardan istifadə etmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, gecə saat təxminən 1 radələrində Sahib Abbasova məxsus, fəaliyyəti dayanmış un dəyirmanının həyətinə gəlib: “Çünki çörək sexini elektrik enerjisi ilə qidalandıran transformator un dəyirmanın həyətində yerləşir. Ancaq Sahib Abbasova məxsusdur və kəndin heç bir yaşayış evini elektrik enerjisi ilə qidalandırmır. Həmin yerə çataraq təxminən saat üçə işləmiş üzərimdə gətirdiyim kəlbətinlə həmin transformatordan çörək sexinə gedən elektrik xəttini kəsdim. Məftilləri kəsdikdən sonra sexin işıqlarının söndüyünü gördüm. Mənə  işığın keçməyi lazım olub. Əmin idim ki, işıqlar söndükdən sonra Sahib həmin yerə gələcək. Çünki sexdə Sahibdən başqa onun arvadı Nargilə və qardaşı arvadı Gülgəz işləyir. Sahibin transformatorun yerləşdiyi yerə gələcəyinə əmin olduqdan sonra üzüm kəndə tərəf yulğunluqda gizləndim. Bu zaman ov tüfəngini hazır vəziyyətdə saxlayaraq Sahibin gəlməsini gözlədim”.
 
Gecəyarısı güllə səsləri...
 
Ələsgər Xudiyevin sözlərinə görə, bir neçə dəqiqədən sonra Sahib həmin əraziyə gəlib: “Bir azdan Sahibin əlində fənər tək gəldiyini gördüm. Sahib fənərin işığı ilə transformator tərəfə getdi. Sonra arxaya dönərək maşını saxladığı dəyirmanın girişi istiqamətinə getdiyi vaxt fit çaldım. Sahib səs gələn istiqamətə dönəndə, ardıcıl olaraq iki dəfə atəş açdım. O yıxıldı və maşın istiqamətində sürünməyə başladı. Hərəkət etdiyini görüb, yenidən ona tərəf atəş açdım. Üçüncü atəşdən sonra Sahib yenə yerdə hərəkət edərək süründü. Bir az da yaxına gedib, tüfəngi başına tuşladım və atəş açdım. Bu atəşdən sonra Sahib bir daha tərpənmədi. Onun öldüyünə əmin olduqdan sonra dərhal həmin yerdən uzaqlaşdım və gəldiyim yolla evə qayıtdım. Yolda  sexdən bir maşının həmin yerə yaxınlaşdığını gördüm. Lakin qaranlıq olduğundan, maşının markasını müəyyən edə bilmədim. Evə gələrək tüfəngi təmizlədim və eyvanda sütundan asdım”.
 
Sonrakı peşmanlıq
 
Təqsirləndirilən şəxs bildirib ki, səhərisi gün Sahibə atdığı dörd patronun gilizini qırma ilə doldurub qatara qoyub ki, şübhə oyatmasın: “Səhər saat 8 radələrində hind toyuqlarını yonca yerinə apardığım vaxt göyərçin uçduğu üçün özümlə götürdüyüm həmin ov tüfəngindən bir güllə atdım. Lakin güllə göyərçinə dəymədi...
Sahib Abbasovu öldürdüyüm gündən uzun müddət keçdi və fikirləşdim ki, törətdiyim cinayət ört-basdır olar, üstü açılmaz. Ancaq rayon polis şöbəsinə dəvət olunduğum vaxt nə vaxtsa cinayətin üstünün açılacağını fikirləşdim və bu səbəbdən törətdiyim cinayəti səmimi olaraq etiraf edim”.
 
Qeyd edək ki, məhkəmənin hökmü ilə Ələsgər Xudiyev 13 il müddətinə azadlıqdan məhrum edilib.(publika.az)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024