Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (3-02-2016, 15:42)
ABBAS ABBASOVUN MOSKVADAKI BİZNESİNƏ ZƏRBƏ: OBYEKTLƏRİ ƏLİNDƏN ALINIR

abbas

Baş nazirin sabiq birinci müavini, 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki fəaliyyətinə görə Azərbaycan iqtidarının qəzəbinə gələn Abbas Abbasovun Moskvadakı biznesinə ağır zərbə vurulub.

Mediatv.az xəbər verir ki, “AzPolitika”ya verilən məlumata görə, A.Abbasov bu yaxınlarda bir neçə böyük ticarət obyekti üzərində nəzarətini və payını itirib.

Bu obyektlərdən biri Azərbaycan dövlətinin mülkiyyəti sayılan, uzun illərdir A.Abbasovun nəzarəti altında olan “Mosazervinzavod”dur. Burda müxtəlif adlarda konyak (“Abşeron”, “Gəncə”, “Şirvan”, “Bakı”) və “Staraya Ploşad” adlı araq istehsal olunur.

Məlumatlı mənbə deyir ki, bu zavod tam şəkildə A.Abbasovun nəzarəti altında olub. Lakin yanvar ayında baş nazirin sabiq müavininin zavodla əlaqələrinə son verilib.

Bundan başqa A.Abbasov yəhudilərlə şərikliyi olan məşhur “Bakinskiy dvorik” restoranındakı payını da itirib. “Kutuzov” prospektində yerləşən bu restoranın dəyəri milyonlarla ölçülüb. 

Xatırlatmaq yerinə düşər ki, bir qədər əvvəl A.Abbasov “Azerros” rəşkilatından da uzaqlaşdırılmışdı.

Belə görünür ki, Azərbaycan hakimiyyəti A.Abbasova 2013-cü ildəki xəyanətini bağışlamayıb və ona qarşı Moskvanın rəsmi dairələrinin münasibətini də mənfiyə doğru dəyişdirməyə nail olub. Baş nazirin sabiq müavininin Moskvadakı biznesinin də əlindən alınması belə deməyə əsas verir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024