Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-01-2016, 10:57)
İcra nümayəndəsi təcridxanaya köçürüldü

İcra nümayəndəsi təcridxanaya köçürüldü

 

Barəsində həbs qətimkan tədbiri seçilmiş Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə keçmiş nümayəndəsi Şakir Hacıyev Bakı İstintaq Təcridxanasına köçürülüb.

"Report" bildirir ki, Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində saxlanılan Ş.Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb. Onun barəsində hansı müddətə həbs qətimkan tədbirinin seçildiyi də məlum olub. Belə ki, Ş.Hacıyev barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 14-də hüquq mühafizə orqanlarına daxil omuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd "Makarov" tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd olunan cinayətin Ş.Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024