Karusel (11-05-2015, 14:12)
Türk gəmisi artilleriya atəşinə tutuldu - 1 ölü, 1 yaralı
Liviya sahillərində türk şirkətinə aid “Tuna-1” yük gəmisi qurudan artilleriya atəşinə məruz qalıb. Nəticədə 3-cü kapitan həyatını itirib.
“Reuters” agentliyi isə yazır ki, Türkiyə Xarici İşlər Nazirliyi bu olayla bağlı bəyanat verərək hücumu qınayıb.
Nazirlikdən bildiriblər ki, dünən axşam saatlarında Türkiyə şirkətinə məxsus və “Cook Islands” bayrağı altında üzən "Tuna-1" adlı yük gəmisi İspaniyadan aldığı alçıpan yükünü təhvil vermək üçün Liviyanın Tobruk limanına gedərkən Tobrukun təxminən 13 mil yaxınlığında beynəlxalq sularda qurudan artilleriya atəşinə məruz qalıb:
“Hücum zamanı Türkiyə vətəndaşı, 3-cü kapitan ölüb. Ekipaj üzvlərindən yaralananlar da var. Gəmiyə isə xeyli maddi ziyan dəyib. Hadisədə həyatını itirən vətəndaşımıza Allahdan rəhmət diləyirik. Beynəlxalq sularda mülki gəmiyə qarşı həyata keçirilən bu alçaqcasına hücumu şiddətlə qınayır, hücumu törədənləri lənətləyirik".