Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-04-2015, 15:18)
Aparıcılar yenə tənqid olundu

Aparıcılar yenə tənqid olundu

Hər gün efirdə olan, tamaşaçıları təmin etməyən aparıcıların yüksək peşəkar aparıcılarla əvəzlənməsi problemi hələ də aktual olaraq qalır. 

 

Mediatv.az” xəbər verir ki, bu sözləri Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda  nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi  və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən dəyirmi masada səsləndirib. O qeyd edib ki, teleradio yayımçılarının dövlət dilindən istifadəsi MTRŞ-nın başlıca öhdəliklərindən biridir: “Son 7 ildə Azərbaycan dili Azərbaycan efir məkanını tam əhatə edib.  Ancaq qeyd edim ki, ədəbi dilin pozulması efir məkanında adi hal alıb. Bu xüsusilə dublyajların tərcüməsində yüksək estetik səviyyədən də aşağı olub.  Dilçilik sahəsində çox ciddi problemlərimiz var. Yayımçılar özləri dövlət dili məsələsində nümunə olmalıdır.  MTRŞ-nın davamlı olaraq apardığı monitorinqlər bu işdə faydalı olub. Hər gün efirdə olan,  tamaşaçıları təmin etməyən aparıcıların yüksək peşəkar aparıcılarla əvəzlənməsi problemi hələ də aktual olaraq qalır. Ölkə prezidentinin dövlət dili haqqında sərəncamı var. Yaxşı olardı ki, tv aparıcıları əllərinə mikrofonlarını götürüb dövlət qurumlarına gedib maraqlansınlar ki, orada həmin sərəncamdan irəli gələn məsələlərin həlli nə yerdədir”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, dünyada hesablamalara görə 5000-ə yaxın ölü dil var.  Eyni zamanda, 4500-5000 ə yaxın canlı dil var: “ Azərbaycan dili də həmin canlı dil qrupuna aiddir. Bununla yanaşı, həmin dillərdən cəmi 200 rəsmi dövlət dili səviyyəsinə yüksəlib.  Təkcə 2001- ci ildən bu yana Azərbaycan dilinin işlənmə qaydaları ilə bağlı 20-yə yaxın sənəd qəbul olunub. İstər Cümhuriyyət, istərsə də  keçmiş sovetlər birliyi dönəmində Azərbaycan dili rəsmi dil kimi təsbit olunub. Həmçinin, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995- ci ilə qəbul olunan ilk Konstitusiyanın müvafiq maddəsi Azərbaycan dilinin dövlət dilli olmasına həsr olunub.  Son illər dünyada qloballaşma ilə bağlı tendensiya hökm sürür. Bu özü də şübhəsiz Azərbaycan dilinə təsirsiz ötüşmür. Dilimizə yeni sözlər daxil olur. Odur ki, qloballaşma şəraitində Azərbaycan dilinin işlənmə qaydası, dilin normalarına əməl olunması  məsələsi bizim üçün böyük əhəmiyyət daşıyır”.

AMEA-nın Dilçilik institutunun direktoru, akademik Tofiq Hacıyev isə qeyd edib ki, Azərbaycan dilinə daxil olan terminlərin mütləq qarşılığı tapılıb istifadə olunmalıdır: “Bəzən mətbuatda görürük ki, başqa dilllərdə olan sözlər yazılır, halbuki onun dilimizdə olan qarşılığını tapıb işlətmək lazımdır. Bu mətbuat üçün çox vacib məsələlərdəndir”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024