Karusel (26-02-2024, 11:31)
OĞUZ XƏSTƏXANASINDA NƏ KİMİ QANUNSUZLUQLARA YOL VERİLİR?
Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdə, bir çox xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlinir. Özlüyündə bu da Baş həkimlərin gündəlik qazanclarının heç də az olmamasını deməyə əsas verir. Xəstəxanalaraın Baş həkimləri pasientlərdən yığdıqları ilə kifayətlənməyib büdcə vəsaitlərini talaması da yeni məlumat deyil. Son illərdə bir neçə baş həkimin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur.
Oğuz rayon Mərkəzi Xəstəxanasında son aylarda baş verənlərlə bağlı redaksiyamıza verilən məlumatlar da yuxarıda sadaladıqlarımızla eynilik təşkil edir. Belə ki, sözügedən rayonun mərkəzi xəstəxanasında həm rüşvətxorluq, həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan, diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik. Xəstəxanalarda korrupsiyaya daha çox mal materialların, dərman vasitələrinin satınalmasında yol verilir. Odur ki, Oğuz rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırırıq.
Oğuz rayon Mərkəzi Xəstəxanası paytaxdımızdakı və bir çox rayon xəstəxanalarından çarpayıların sayı baxımından kiçik olmasına baxmayaraq burada da böyük pullar dövr edir. Məsələn dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada 18.05.2023 -ci ildə Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən 2023-cü il üzrə alınaçaq mal -materialların və xidmətlərin satınalma planları açıqlanmışdır. Xəstəxananın Tender Komissiyası satınalma planlarına 4 açıq tender və 4 kotirovka sorğusu və 1 təkliflər sorğusu daxil etmişdir.
Amma Xəstəxananın Tender Komissiyası keçirilmiş bir çox tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara Elektron dəvət elanı vermədən yekunlaşdırmışdır.
Məsələn, Oğuz rayon Mərkəzi Xəstəxanası maşın və avadanlıqların təmiri xidmətləri üzrə "VIVA MEDICAL GROUP" MMC ilə 28.12.2023-cü il tarixdə 43.860,6 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. Amma bu kotirovka sorğusunun keçirilməsi ilə bağlı iddiaçılara Elektron dəvət elanı verilməyib.
Yumşaq inventar yataq ləvazımatları üzrə Xəstəxana "KALE SOLUTİON" MMC ilə 19.12.2023-cü il tarixdə 43.860,6 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.
Oğuz rayon Mərkəzi Xəstəxanasında Oksigen bloklarının cari təmiri üzrə Xəstəxananın Tender Komissiyası tərəfindən iddiaçılara Elektron dəvət elanı 25.07.2023-cü il tarixdə verilmişdir. Xəstəxana 06.12.2023-cü il tarixdə isə "DEROTIN GROUP" MMC ilə 54.837 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. Qeyd edək ki, bu MMC-nin adı bir çox şübhəli tenderlərdə hallanır. Hazırda MMC-nin dövlətə 14 687.08 manat vergi borcu var.
Maşın və avadanlıqların alınması üzrə Xəstəxana "UNİSELL" MMC ilə 01.12.2023-cü il tarixdə 58.713,26 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. İddiaçılara Elektron dəvət elanı verilməyib.
Sair torpaq tikili və avadanların alınması üzrə Xəstəxana "AFA" MMC ilə 30.11.2023-cü il tarixdə 10.840 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. İddiaçılara Elektron dəvət elanı verilməyib.
Laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınması üzrə Xəstəxananın Tender Komissiyası tərəfindən iddiaçılara Elektron dəvət elanı 18.05.2023 -cü il tarixdə verilmişdir. Xəstəxana 16.10.2023-cü il tarixdə "HN-Medical" MMC ilə59.013,53 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.
Mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə Xəstəxana "OXATAN-C" MMC ilə 16.10.2023-cü il tarixdə 55.982,62 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. İddiaçılara Elektron dəvət elanı verilməyib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Oğuz rayon Mərkəzi Xəstəxanasın Tender Komissiyası əvvəlki illərdə də müxtəlif xidmətlərin və malların satınalması üzrə keçirilmiş bir çox kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara Elektron dəvət elanı verimədən keçirmişdir. Bu isə keçirilmiş kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsinə, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaratmaya bilmir.
Qeyd edək ki, Oğuz rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizovdur. Onun TƏBİB sədri Vüqar Qurbanovun dostlarından biri ilə yaxşı münasibətdə olduğu söylənilir.Məlumatlara görə Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar, özbaşınalıqlar bunlarla bitmir. Xəstəxanada həkimlərin xəstələrə təyin etdiyi preyskurantlar var ki, oradan yığılanlar da direktor Anar Əzizova çatır.
Əyalətmedia.az
P.S. Bir mətbuat orqanı olaraq məqalədə göstərilənlərdən Xəstəxananın direktoru Anar Əzizovdan münasibət öyrəməyə çalışdıq. Amma Anar Əzizov rəhbəri olduğu tibb ocağında baş verənlərə münasibət bildirmək əvəzinə, bizi tanıdığını, onda səs yazımızın olduğunu bildirərək, bizi hüquq mühafizə orqanları ilə hədələdi. Hesab edirik ki, bu Anar Əzovun mətbuat işçisinin peşə fəaliyyətinin qarşısını almaq üçün gəldiyi hədə -qorxudan başqa bir şey deyildir. Bütün bu xoşagəlməz hallara baxmayaraq biz Anar Əzizovun qarşı tərəf olaraq göstərilənlərə münasibətinə yer verməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024