Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-01-2024, 17:34)
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR... - FOTO, VİDEO

 



Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına daxil olmuş məlumata görə, “un kralı” kimi tanınan biznesmen — eks deputat Əsabil Qasımova məxsus “İnvest M. Construction” MMC tikinti şirkəti Nəsimi rayonunun köhnə İcra Hakimiyyəti binasının arxa tərəfindəki 100-dən artıq çoxillik ağacı kökündən çıxararaq məhv edib. Bildirilir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi müvafiq icazə olmadan məhv edilmiş 37 ağac üçün 234000 (iki yüz otuz dörd min) manat məbləğdə cərimə protokolu tətbiq etmiş, cərimə məhkəmə qaydasında tikinti şirkətinə ödətdirilmişdir. Qalan 500-dən çox ağac isə hər gün su və başqa maye töküılməklə qurudularaq məhv edilib, kökündən çıxarılıb atılıb.

Məsələ ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla telefon əlaqəsi saxlayıb hansı işlər görüldüyünü soruşduq. Agentliyin rəhbəri bildirdi ki, «Bu layihə qiymətləndirilməyib, nərəy veriməyib, çoxlu ağac olduğuna görə.
Nazirliyin ETX-i sənədləşdirmə aparıb və Baş prokurorluğa göndərib.
Daha dürüst məlumatı onlardan əldə edin».
Ağacların məhv edildiyi ünvana gedib çəkiliş aparmaq istəyəndə icra olunan tikinti işlərinə nəzarət edən Şahin adlı şəxs özünün qoçu dəstəsi ilə qarşımızı kəsdi və əda ilə yaxınlıqdakı polis işçilərinə qışqıraraq əmr verdi: “Davay, bunları çıxarın burdan!”

Çox güman ki, peşə fəaliyyətimizə mane olan həmin şəxs “İnvest M. Construction” MMC tikinti şirkətinin icraçı direktoru, Əsabil Qasımovun qardaşı oğlu Şahin Qasımov idi. Yeri gəlmişkən, bir ay əvvəl şirkətin Nəsimi rayonu, Mirqasımov 4 ünvanda yaşayan yüzlərlə sakinin mülkiyyət hüququnu pozması, hətta məhkəmə qərarını belə saya almadığı barədə mediada tənqidi məqalələr dərc olunub

Görün, oliqarx eks deputatın qoçuların qudurğanlığı hansı həddə çatıb ki, onlar sanki polisi özlərinin dəyənəyi hesab edirlər.

Müşahidələr, bu mövzuda qələmə alınan tənqidi məqalələrdən çıxarılan ümumiləşdirilmiş qənaət göstərir ki, Əsabil Qasımova məxsus tikinti şirkətləri tərəfındən yaşıllıqların qanunsuz götürüldüyü aşkarlananda inzibati orqanlar hər vəchlə çalışırlar ki, şirkətlərin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı qərarının tələblərini pozduqları qeydə alınsın ki, bu da onların barəsində yalnız inzibati cəza tətbiqini nəzərdə tutur. Adətən “ağaclarm kök qalıqlarının və gövdələrinin ərazidə müəyyən edilmədiyi, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsinin mümkün olmaması» əsas götürülərək, ağaclarm götürülməsində Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcud olub-olmaması müəyyən edilməsi mümkünsüz hesab olunur. Bu səbəbdən şirkətlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilir. Halbuki, Cinayət Məcəlləsinin 259-cu maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kollarm və ya digər yaşıllıqlarm, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqlarm qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi, kəsilən ağacların sayının, kəsilmə tarixinin, diametrlərinin (kök boğazının ölçüləri) qeyri-müəyyən olması dövlətə hansı məbləğdə ziyan vurulmasını müəyyən etməyə mane olur, o üzdən toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilir. Bir sözlə, hər vəchlə çalışırlar ki, qanunsuz götürülən ağacların, yaşıllıqların həcmini cinayət tərkibi yaradacaq qədər, yəni yaşıllığa vurulan ziyanı külli miqdarda göstərməsinlər, Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilməsin. Əks təqdirdə həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmalıydı. Razılaşın ki, hüquq-mühafizə və cinayət təqibi orqanları heç kəsə belə iltifatı quru “sağ ola” göstərmirlər. Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər bir tikinti şirkətinin onların gününü «göy əsgiyə bükməsindən” şikayətçidir.



Sakinlər bildirirlər ki, hələ sovetlər vaxtından paytaxtın «Yaşıl vadi” adlanan məhəlləsində 5-6 ay öncəyədək firavan yaşasalar da, onların dincliyini «İnvest M. Construction” adlı tikinti şirkəti pozmaqda davam edir.
Mirqasımov 4 ünvanda yaşayan narazı sakinlərin dediyinə görə, “İnvest M. Construction” MMC-nin icraçı direktorlarə Mahir Mirzoyev və Şahin Qasımovdur. Və sakinlərlə danışığşı şirkət adından bu iki şəxs aparır.

Yəqin ki, Şahin Qasımovun kimliyi bəlli oldu. O, məşhur biznesmen, sabiq deputat Əsabil Qasımovun qardaşı oğludur.

Yeri gəlmişkən, Bakının tikintti sarıdan ən problemli rayonları olan olan Nəsimi, Nərimanov, Yasamal rayonlarında tikintiyə Əsabil Qasımovun qardaşı oğlanları nəzarət edir.

Nəsimidə Şahin Qasımov, Yasamalda Elvin Qasımov ( “Bizim Ev” MTK), Nərimanovda başqa bir qardaşı oğlu….

Fikir verdinizmi, Qasımovlar az qala Bakını zəbt edib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik

Deryaz.az


Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024