Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-01-2024, 09:15)
118 manat və 200 qr yağ: - AQTA laboratoriyasında fantastik qiymət

118 manat və 200 qr yağ:
"Minimum əmək haqqının 345 manat olduğu bir ölkədə yağı analiz etmək üçün 118 manat ödəməliyəm".

"Cebhe.info" xəbər verir ki, bunu tanınmış tərcüməçi Sevinc Gültən yazıb.

O, AQTA-nın (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) laboratoriya qiymətlərinin bahalığından şikayətlənib:

"Kərə yağını kənddən alıram. Yeməyi də kərə yağıyla bişirirəm. Camış yağı satan qadına inanıram, satdığı yağa da inanıram, tam əminəm ki, heç nə qatmır. Camış yağı ağ olur, ona nəsə qatılsa, onsuz da hiss olunacaq. Camış yağı çox olmur. Məcbur olub inək yağı da almalı oluram. İnək yağının başına min oyun açırlar. Qapıbir qonşumuz, həm də qohumumuz yağın başına min oyun açıb mənə satırmış. Sarı rəngli yüz cür yağ var, belə yağları qatırlar”.

O bildirib ki, aldığı yağları laboratoriyada yoxlatmaq qərarına gəlib:

“Keçən ay AQTA-nın qaynar xəttinə zəng etdim, laboratoriyanın ünvanını verdilər. Bir aydan çoxdur Qida TəhlükəsizliyiAgentliyinin qaynar xəttindən (1003) operatorun verdiyi şəhər nömrəsinə zəng edirəm, boş yerə konturum gedir, cavab verən yoxdur. Nəhayət, bu gün 1003 qaynar xəttinin operatorundan xahiş etdim, yağı yoxlatdıracağım ünvanı dedi. Nə qədər nümunə və nə qədər pul ödəcəyimi soruşdum. Aldığım cavab məni şoka saldı.

Minimum əmək haqqının 345 manat olduğu bir ölkədə yağı analiz etmək üçün 118 manat ödəməliyəm. Nümunə üçün isə 200 qram yağ aparmalıyam. Ağlamalıdır, elə deyil? Görəsən yağı analiz edərkən hansı qiymətli maddələrdən istifadə edirlər?"

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024