Karusel / Slayd (31-10-2023, 08:21)
Qəbələdə dövləti RƏSMƏN QARƏT EDİRLƏR...
Mediatv.az xəbər verir ki, Qəbələ rayonu, Kürd kənd sakini Alıyarov Təbriz Baxış oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rayon İcra Hakimiyyəti və Bələdiyyə əlbir olub, sakinlərin torpaq sahələrini mənimsəyiblər:
"Mən, Alıyarov Təbriz Baxış oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.
Şikayətim kəndimizin keçmiş icra nümayəndəsi Alıyev Eyyub Hüseyn oğlu və onun qardaşı oğlu, Bələdiyyənin hazırkı sədri Hüseynli Əlitoğrul (Ərtoğrul) Namiq oğlundandır.
Onu da qeyd edim ki, Bələdiyyə sədri hərbi xidmətdə belə olmayıb, diplomu isə saxtadır. Rusiyadan gələn kimi qohumu onu vəzifəyə qoyub.
Mənim şikayətimin əsas mövzusu bundan ibarətdir ki, Alıyev torpaq islahatı gedən vaxtlar komissiyanın sədri olub.
700 hektardan artıq torpağımızı saxta sənədlərlə başqalarına satıb. İndi də həmin qanunsuzluğu qardaşı oğlu edir. Şəxsən mənim payımı da mənimsəyiblər. Kəndimizin əlverişli şəraiti üçün ayrılan 11 hektar torpağın 8 hektarını özü və qardaşı oğlu mənimsəyib.
Biz sakinlər torpaqsız qalmışıq, amma bunlar vəzifələrindən sui-istifadə edərək, xeyli sahəni mənimsəyiblər. Hətta dəmiryolu çəkilən vaxt hiylə işlədərək, guya həmin ərazidə bunların əkin sahəsi yox, fındıq bağları olduğunu bildirdilər. Məsələn, böyük qardaşı Alıyev Nemət Hüseyn oğlunun 69 sot torpaq sahəsi var idisə, dövlət tərəfindən ona ayrılan pul 2098 manat olmalı idi, amma bunlar saxta sənədlərlə ərazinin pulunu 17403 manat təyin etdilər. Bütün qohum-əqrəbasına saxta sənədlər düzəldərək, dövlətdən artıq pullar alıblar. Ümumilikdə, dövlət büdcəsinə 42 min 315 manat ziyan vurublar.
Bundan əlavə, kəndimizin fermasında olan 1000 başdan artıq iribuynuzlu heyvanların hamısını satıb, pullarını mənimsəyiblər. Bunun kimi bir çox yeyintilər olub. Əlim çatan hər yerə şikayət etsəm də, sanki rəsmi şəxslərin gözlərində problem varmış kimi, həqiqəti görmək istəmirlər.
Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev də bunlara dəstək olaraq, cinayətlərinin açılmasına imkan vermir.
102 hektar torpaq sahəsini başqa şəxslərə icarəyə veriblər. Qanunla qeyri-qanunidir, amma bunlara qanun təsir etmir.
Məhkəmələr mənsiz keçirilir, onların xeyrinə qərar qəbul edilir. Bu haqsızlıq deyil, bəs nədir?!
Qəbələ Rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu hələ bir dəfə də olsun məni məhkəməyə çağırtdırmayıb. Əlimdə başqa sübütlarım da var.
Hörmətli redaksiya! Xahiş edirəm, səlahiyyətli şəxslərin mənim işimin araşdırmasına mənə kömək edin”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024