Karusel (27-03-2023, 14:09)
Yeni regional güc mərkəzinin yol xəritəsi? - Ankara Bəyannaməsi
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olundu. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası liderlərinin imzaladıqları bəyannamədə Türkiyədə baş verən zəlzələlərdən zərər çəkmiş şəxslərə nə zaman ehtiyac duyulduğu təqdirdə, humanitar yardımların davam etdiriləcəyi öz əksini tapır.
Dünyada ksenofob və islamofob meyllərə qarşı birgə mübarizənin aparılması, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məqamlar da bəyannamədə yer alır. Beş dildə - Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan sənədi türk dünyası dövlətləri arasında əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndirirlər.
DİA.AZ bildirir ki, Ankara Bəyannaməsi və bu bəyannamənin türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına hansı töhfələr verəcəyini AYNA-ya şərh edən YAP-çı deputat Məşhur Məmmədovun sözlərinə görə, Ankara Bəyannaməsinin imzalanması türk dövlətləri arasında münasibətlərin inkişafında yeni mərhələdir: “Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə türk dövlətlərinin başçılarının Ankarada keçirilən görüşü türk dünyasının həmrəyliyi istiqamətində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü nəticəsində Türk Dövlətləri Təşkilatı ərsəyə gəldi. Digər türk dövlətləri də bu təşəbbüsə dəstək verdi və 7 dövlət çox uğurlu bir platforma ərsəyə gətirdi”.
“Son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə türk dövlətləri arasında ticarət dövriyyəsi 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Cari il bu rəqəmin daha da yüksələcəyi ehtimal olunur. Münasibətlər bütün sahələri əhatə edir və Türk Dövlətləri Təşkilatı dünyaya bir güc mərkəzi kimi çıxır”, - deyə həmsöhbətimiz bildirib.
Məmmədov qeyd edib ki, bəyannamədə strateji məqamlar öz əksini tapıb: “Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması, Türk Dövlətləri Təşkilatının Türkiyəyə dəstəyini davam etdirməsi, ksenofob və islamofob meyllərə qarşı birgə mübarizənin aparılması, qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması kimi müddəaların bəyannamədə qeyd olunması təşkilatın böyük bir gələcəyi olduğunu göstərir. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək nümayiş etdirib. Türkiyənin də dəstəyilə Azərbaycan tarixi Zəfərə imza atıb. Bu tarixi qələbədən sonra iki qardaş ölkənin rəhbərləri arasında Şuşa Bəyannaməsinin imzalanması, geosiyasi məsələlərdə Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etməsi, məkrli qüvvələrə qarşı fəal mübarizəsi regionda yeni reallıqlar yaradıb. Artıq birqütblü dünya öz yerini çoxvektorlu dünyaya verir və Türk Dövlətləri Təşkilatı bu xüsusda fərqlənən, parlaq perspektivləri olan təsisatlardan biridir”.
DİA.AZ bildirir ki, politoloq Elxan Şükürlü AYNA-ya şərhində TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün əsas məqsədlərindən birinin Ərdoğana dəstək oldğunu söyləyib: “Türkiyə həlledici bir siyasi mərhələnin astanasındadır. İki ay sonra Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Prezident seçkilərində mübarizə iki əsas namizəd arasında gedəcək: Bunlardan biri Prezident Rəcəb Tayyib Ərdoğan, digəri isə “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi Kamal Kılıcdaroğludur”.
Analitikin fikrincə, müxalif “Altılı Masa”ya daxil olan namizədin qalib gəlməsi TDT-nin fəaliyyətinə də təsirsiz ötüşməyəcək: “Nəzərə alanda ki, Türkiyənin müstəqil xarici siyasət yürütməsi, Rusiyaya qarşı sanksiyalara qoşulmaması, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində qəti mövqe nümayiş etdirməsi Qərb dairələrini qane etmir. Onlar hər vəchlə qarşıdakı seçkilərdə Ərdoğana mane olmağa çalışacaqlar. Türkiyədə baş verən dağıdıcı zəlzələnin ardınca vahid namizədini elan edən “Altılı Masa”nın namizədinin qalib gəlməsində ABŞ və Qərb israr edəcək”.
Şükürlü hesab edir ki, belə bir həssas məqamda təşkilata daxil olan prezidentlərin Ərdoğana dəstək nümayiş etdirməsi vacib addımdır: “Qərbin özünə düşmən saydığı Çin-Rusiya-İran üçbucağında yerləşmiş türkdilli coğrafiyada Qərb maraqları naminə yeni savaş meydanına çevrilmək qətiyyən gərəkli deyil və “Bir Kəmər – Bir Yol” layihəsindən daha çox qazanacaq bu dəhlizə yalnız yeni fəlakətlər gətirə bilər. Qarşıdakı seçkilərdə Ərdoğanın qələbə qazanması təkcə “Cümhur İttifaqı”nın yox, həm də Türk İttifaqının, o cümlədən də bu coğrafiya ilə həmsərhəd olan Rusiya, Çin, İran kimi anti-Qərb dövlətlərin də həyati maraqlarıyla birbaşa bağlıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024