İqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qvi-Yop Son arasında videokonfrans formatında görüş olub.
"Mediatv.az" xəbər verir ki, bu barədə nazir rəsmi "Twitter" səhifəsində paylaşım edib.
"Görüşdə 2021-2025-ci illər üzrə Çərçivə Sənədinin icrası üzrə təşkilatla əməkdaşlığın gücləndirilməsini, postpandemiya dövründə bərpa və dayanıqlı inkişaf istiqamətlərini nəzərdən keçirdik", - deyə nazir yazıb.