Azərbaycan bazarına çıxmaqda maraqlı olan energetika, nəqliyyat, "ağıllı şəhər"lərin tikintisi, dəmir yolu texnikasının tədarükü və rəqəmsal texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlığa dəvət olunub.

"Mediatv.az" Rusiyanın Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, Rusiya İxracat Mərkəzi Azərbaycanda "Ağıllı şəhər" biznes-missiyasında iştirak edəcək şirkətlərin seçiminə başlayıb.

Nazirlikdən onu da bildiriblər ki, biznes-missiya ərzində Azərbaycan və Rusiya tərəflərinin dövlət qurumlarının iştirakı ilə xüsusi proqram təşkil olunacaq, eləcə də işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçiriləcək.