ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,27% azalaraq 1 barelə görə 70,44 dollar təşkil edib.
Mediatv.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,34% azalaraq 68,06 dollar təşkil edib.