Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (17-07-2021, 12:31)
Kolbasa bazarında SAXTA AD – İstehlakçılara ÇAĞIRIŞ

Kolbasa bazarında SAXTA AD
“SEVİMLİ” mal nişanı ilə markalanmış bişmiş və hisə verilmiş kolbasalarla bağlı çaşqınlıq yaranıb. Bu kolbasa məmulatları marketlərdə “Sevimli Dad” kolbasaları ilə dəyişik salınır. Etiketindəki çox kiçik şriftlərlə yazı parlaq fonda oxunmaz bir vəziyyətdə olduğu və marketlərdə “Sevimli Dad” kolbasaları ilə eyni rəfdə yerləşdirildikləri üçün istehlakçılar çaşdırilir.

Bu barədə Bizim.Media-ya Azad İstehlakçılar ictimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə AİİB-in qaynar telefon xəttinə 3 aya yaxındır ki, istehlakçılar tərəfindən çoxsaylı müraciətlər olunur.

Müraciətlərdə bu çaşğın durumun aradan qaldırıldığı tələb olunub. AİİB “Sevimli Dad” kolbasa məmulatlarının istehsalçısı ollan “M&T”LTD müəssisəsinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq “Sevimli Dad” mal nişanının yalnız onların müəssisəsinə məxsus olduğu və rəsmi dövlət qeydiyyatına alındığı bildirilib. Həmçinin istehlakçılar tərəfindən qaldırılan bu məsələnin onların da biznesinə xələl gətirildiyi, mal satışında enmələrə səbəb olduğu, eləcə də özünə məxsus mal nişanının qorunmasına, istehlakçıların çaşdırilmasının qarşısının alınmasına dair heç bir iş görülmədiyi qeyd olunub.

Eyyub Hüseynov öz növbəsində “SEVİMLİ” mal nişanı ilə satışa çıxarılan kolbasa istehsalçısı ilə də əlaqə yaradıldığın bildirib:

“SEVİMLİ” adı altında istehsal olunan kolbasa məmulatının etiketinin təhlili aparılıb. Öncə etiketdə qeyd olunan, yalnız lupa ilə oxuna bilən əlaqə telefonuna zəng edilib. Özünü “Retro Holdinq”MMC-nin səlahiyyətli şəxsi olaraq təqdim edən Rasim adlı şəxs mal nişanının rəsmi dövlət qeydiyyatına alınması və “Halal”nişanının hansı qurum tərəfindən müəssisəyə verilməsi barədə məlumatı olmadığını, “öyrənib deyərəm” cavabı verilib. Daha sonra özünü satış müdiri kimi təqdim edəm Mehdi adlı şəxslə məsələni aydınlaşdırmaq üçün telefon danışığı apardıq. Mehdi bəy isə bu işə cavabdeh şəxs-satış müdiri Rövşən olduğunu bildirib. Rövşənlə aparılan telefon danışığından sonra o söz verdi ki, AİİB-in dövlət qurumlarına müraciət etməsinə ehtiyac yoxdur. “SEVİMLİ” sözünü malların üzərindən götürəcəklər.

Bundan sonra Mehdi adlı şəxslə dəfələrlə bu barədə telefon danışığı olsa da suallara cavab verilməyib və istehlakçıların çaşdırilması davam edib”.

Hüquq müdafiəçisinin sözlərinə görə mal nişanının ilkin təhlili göstərib ki, istehlakçılar üçün zəruri olan “Halal” loqosu heç də ölkədə rəsmi olaraq fəaliyyət göstərən və bu nişanı istehsal müəssiəsinə şamil etməyə hüququ olan “AZ sert halal” MMC tərəfindən verilməyib:

“Vaxtilə bu nişanın alınması zamanı mütəxəssislər tərəfindən baxış keçirilən zaman qeyri-halal mal istehsalı bloku ilə tam kəsişmə olduğu müəyyən olunub. ”SEVİMLİ” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatlarının etiketində “ansar” yazılıb. Məlum olub ki “ansar”ticarət markası Qazaxstanda eyni adlı istehslçıya məxsusdur.

Şübhəsiz ki, əsas məqsədimiz dövlətimizin biznes strukturları üçün yaratdığı son dərəcə əlverişli şəraitə ictimai dəstək olmaqla bərabər bizneslə məşğul olanların bu rahat şəraitdən sui-istifadə etməklə istehlakçıların çaşdırılmasının, aldadılmasının qarşısını almaqdır”.

Qeyd edək ki, AİİB istehlakçılara birmənalı məlumat vermək, çaşdırılmasının, seçim hüququnun pozulmasının qarşısını almaq və qaldırılan məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyinə müraciət edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024