Azərbaycan qazı Rumıniyaya artıq gələn ilin iyulunadək çatdırıla bilər.

Mediatv.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rumıniyanın energetika naziri Vircil Popesku məlumat verib. 

Onun sözlərinə görə, qazın Rumıniyaya nəqli Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisinin başa çatması ilə mümkün olacaq. Sonra isə Azərbaycan qazı "BRUA" kəməri ilə Rumıniyaya çatdıracaq.