Mediatv.az  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, qiymət artımının səbəbi bu gün baş tutmalı olan "OPEC +" iclasının ləğvidir.

Xatırladaq ki, əvvəlcədən planlaşdırıldığı kimi bazar ertəsi günü "OPEC +" ölkələrinin iclası baş tutmalı idi. Lakin iştirakçılar qeyri-rəsmi məsləhətləşmələr apardıqları üçün iclas təxirə salındı. Alyans nümayəndə heyətlərindəki mənbələrdən "RİA Novosti"yə bildirilib ki, təşkilat iclası ləğv edib və yeni danışıqların tarixinə hələ ki qərar verilməyib.