İqtisadiyyat (4-06-2021, 14:50)
Prezident sərəncam imzaladı
“Mediatv.az” xəbər verir ki, sərəncama əsasən Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ağcabədi və Bərdə rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Rayonun adı | Quyuların sayı, ədəd | Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
1. | Ağcabədi | 10 | Göyük kəndi (2 quyu) | 931 |
Hindarx qəsəbəsi | 9721 | |||
Xocavənd kəndi | 3778 | |||
İmamqulubəyli kəndi | 1240 | |||
Salmanbəyli kəndi | 2692 | |||
Şahmalılar kəndi | 328 | |||
Şərəfxanlı kəndi | 957 | |||
Yuxarı Qiyaməddinli kəndi (2 quyu) | 3555 | |||
| Bərdə | 10 | Bala Qacar kəndi | 904 |
Birinci Qaradəmirçi kəndi | 2218 | |||
Əmirli kəndi | 2048 | |||
Hacallı kəndi | 1740 | |||
Xanərəb kəndi | 2266 | |||
Xanxanımlı kəndi | 407 | |||
İkinci Nazırlı kəndi | 824 | |||
Körpüsındıran kəndi | 722 | |||
Kürdborakı kəndi | 721 | |||
Mehdixanlı kəndi | 2009 | |||
Cəmi: | 20 | 18 | 37 061 |