Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-05-2021, 09:30)
Azərbaycanlı fermerlərə yol göründü: - Rusiya ticarətə icazə verdi

Azərbaycanlı fermerlərə yol göründü:
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə mayın 14-dən etibarən Azərbaycanın 30 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

Sputnik Azərbacan bildirir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.

Saytda həmçinin icazə verilən subyektlərin adları da qeyd olunub:

- Yusifov Əli Gürşad oğlu (Abşeron rayonu);

- Babayev Ələmdar Qənimət oğlu (Şabran);

- Məmmədov Mirzə Allahverdi oğlu (Şəmkir);

- Məşədiyev İlqar Mollaağa oğlu (Sabunçu, Bakı);

- «AGRO RED» ASC (Sabunçu, Bakı);

- Rüstəmov Kəramət Şəmməd oğlu (Şəmkir);

- Məhərov Arif Məhər oğlu (Şəmkir);

- Hüseynov Nüsrət Cəlil oğlu (Şəmkir);

- İsmayılova Tünzalə Ərəstun qızı (Abşeron);

- Nəzərov Tahir Qurban oğlu (Salyan);

- Əhmədov Əli Əhmədağa oğlu (Nəsimi, Bakı);

- Cəfərova Bənövşə Əkbər qızı (Samux);

- Əmirov Mətin Yaşar oğlu (Nərimanov, Bakı);

- «AZ-ROZA» ASC (Binəqədi, Bakı);

- Bayramova Kəmalə Oruc qızı (Şəmkir);

- Hüseynov Tahir İslam oğlu (Şəmkir);

- Məmmədov Murad Rüstəm oğlu (Salyan);

- Hümbətli Tural İlqar oğlu (Tovuz);

- Hüseynov Cavid Alsaf oğlu (Salyan);

- Hüseynov Ələsgər Qurban oğlu (Şəmkir);

- «Azfrut» ASC (Yasamal, Bakı);

- Məlikov Səxavət Siyasət oğlu (Şəmkir);

- Məlikov Röyal Elman oğlu (Şəmkir);

- Əkbərov Sahil Abdulla oğlu (Şəmkir);

- Məmmədov Qərib Allahverdi oğlu (Şəmkir);

- «Buta Agro» ACS (Sumqayıt);

- Əliyeva İradə Zülfi qızı (Abşeron);

- Əliyev Şahin Pirəli oğlu (Bakı);

- Qurbanov Rasim Əliş oğlu (Şəmkir);

- "Cənub Aqropark" ASC (Səbail, Bakı).

Qeyd edək ki, 2020-ci il dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalını qadağan etmişdi. Buna səbəb isə məhsullarda zərərvericilərin (Tuta absoluta (Povolny) və Grapholita molesta (Busck)) aşkarlanması idi. Bir müddət sonra bir neçə müəssisəyə məhsuil ixrac edilməsinə icazə verilmişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024