İqtisadiyyat / Slayd (13-03-2021, 10:57)
KTN-nin də Bismarkı var imiş... - İTTİHAM
Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır.
Dövlət qulluqçusu dedikdə təkcə imtiyazlar barədə düşünmək düzgün deyildir. Dövlət qulluğuna gələn hər bir şəxs bilməlidir ki, o, bu yükü çiyninə götürərkən özünün bir sıra istəklərini də şüurlu surətdə məhdudlaşdırmağa məhkumdur. Haqqında söz açdığımız “dövlət qulluqçusu” – Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyev isə şəxsi istəyini boğa, nəfsini cilovlaya bilməmiş, öz bioloji varisinə — oğluna rahat həyat, karyera qurmaq üçün dövlət qulluçusu andına xilaf çıxmışdır.
Ölkəmizdə dövlət qulluqçularının etik davranışının təkmilləşdirilməsi üçün sözü gedən sahə ilə bağlı davranış qaydaları qəbul edilmişdir. Etik davranış qaydaları haqqında qanunda təsbit edilmiş normalar dövlət qulluqçularının davranış qaydalarını tənzimləyir. Rafael Quliyevin şəxsində dövlət qulluqçusunun bir növ tərsini görmək olur. O, dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını sarsıdır, dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına ləkə gətirən əməllərə yol verir.
Rəfael Quliyev 15 ilə yaxın Biləsuvar İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, həmin vəzifə ləğv olunandan sonra Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar Kənd Təsərrüfat İdarəsinin rəisi, sonradan həmin idarənin adı dəyişdirilərək Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi olanda da həmin qurumun direktoru vəzifəsində işləmiş, 2018-ci ildə nazir İnam Kərimov tərəfindən Nazirliyin Bitkiçilik şöbəsinin rəisi, bir il sonra isə həmçinin Kənd Təsərrüfat Nazirliyinin aparat rəhbəri (hər iki vəzifənin maaşını alırdı) vəzifəsinə təyin edilmişdir.
Biləsuvarın keçmiş korrupsioner icra başçısı Mahir Quliyevin yaxın adamı kimi tanınırdı. Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbənin bildirdiyinə görə Rafael Quliyev nazirliyə vəzifəyə gələndən sonra oğlu Cəbrayılzadə Sərvan Rafael öğlunu da Nazirliyə Dövlət qulluğu komissiyasından keçmədən qeyri – qanuni olaraq, Dövlət Qulluğu haqqında olan qanunun 27.3 və 28.1 maddələri pozularaq nazirin əmri ilə qeyri qanuni olaraq işə qəbul etdirmişdir. 2016-cı ildə Cəbrayılzadə Sərvan institutu bitirir, lakin məmur oğlu ranqından istifadə edərək nə yollasa 2020- ci ilə qədər hərbidən yayınmağa müvəffəq olur, Vətən qarşısında borcunu yerinə yetirmir.150.000 manat dəyəri olan son model Leksusda at oynadır. Onu da qeyd edək ki, Rəfail Quliyev Biləsuvarda vəzifədə işləyən zaman hektarlarla torpaq sahələrini ələ keçirib, heyvandarlıq ferması yaratmışdır.
Cəbrayılzadə Sərvan Rafael oğlu Kadrlar şöbəsində baş məsləhətçi işləyirdi. KTN – dəki neqativ hallar barədə tənqidi yazılar artan zaman məsələnin ictimailəşməsinin vəd etdiyi təhlükələrdən ehtiyatlanan Rəfael Quliyev tezbazar Sərvanı “komissovat” etdirib Milli Banka köçürmə yolu ilə işə düzəltdi. Maraqlıdır, əgər Sərvan xəstə idisə, niyə indiyədək “neqodnı” hərbi bilet almamışdı? Təəssüf ki, bu və digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinə göndərdiyimiz sorğulara hələ də cavab verilməyib. Belə çıxır ki, kasıbın övladı qeyrətinə tapınıb müharibəyə yollanmalı, Vətən uğrunda canından keçməlidir, amma Rəfael Quliyev kimi Bismarkdeyən üzdəniraq məmurların oğulları isə hərbidən yayınıb rahat kreslolarda haram yeməlidirlər? Belələri nifrətə, lənətə layiqdirlər: Yediyiniz burnunuzdan gəlsin! Şəhid analarının qarğışı gözünüzü tutsun!
Mövzuya qayıdacağıq.
Deryaz.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024