İqtisadiyyat / Slayd (28-07-2019, 11:18)
İş adamı gömrükdəki problemlə bağlı Ərdoğana müraciət etdi-PROBLEM
Bu barədə saytımıza məlumat verən iş adamı bildirib ki, məktubda türkiyəli iş adamı 20 ildir "Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distributoru olan "Rovel Trading” şirkətinin Azərbaycana gətirdiyi malların 3 həftədir ki, gömrükdə qanunsuz olaraq saxlanılımasından və bu üzdən də onların ticarətinə ciddi ziyan dəydiyini qeyd edib.
Türkiyəli iş adamı məktubunda Azərbaycan gömrüyünün onların malının qiymətini süni şəkildə artıqrmağa çalışmasından və bununla da onların ticarətlərinə ziyan vurmağa cəhd etməsindən şikayətçi olub və qeyd edib ki, Azərbaycan Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə arasındakı ticari əlaqələr də ziyan görməkdədir.
Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri qanunsuzuğun ortadan qaldırılması üçün prezident Ərdoğandan məsələyə müdaxilə etməyi xahiiş edib.
Xatırladaq ki, iki gün əvvəl sözü keçən mövzu ilə bağlı "Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə müraciət etmişdi.(pia)