Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-07-2019, 21:47)
Meyvə-tərəvəz nə vaxt ucuzlaşacaq? - RƏSMİ CAVAB

 Azərbaycanda hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq sahələrdən məhsulun kütləvi yığımı ləngiyib.
Mediatv.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
O bildirib ki, nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:
“Sərbəst bazar iqtisadiyyatında bu, mümkün də deyil. Apardığımız müşahidələrə, araşdırmalarımıza, fermerlərlə söhbətlərdən çıxan nəticələrə gəlincə deməliyəm ki, birincisi, indiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb. Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb.
Bir neçə müddətdir xüsusilə qərb bölgəsində, şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir”.
V.Hüseynov qeyd edib ki, yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq:
“Bazarda məhsulun bol olması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yığımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024