İqtisadiyyat (7-05-2019, 15:55)
Hərracda 16 sifarişçi iştirak etdi, 12 dövlət əmlakı özəlləşdirild
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 may tarixində növbəti hərrac keçirilib. Vətəndaş fəallığı ilə keçən hərracda dövlət əmlakları rəqabətli mühit yaradıb. Belə ki, 12 dövlət əmlakı üzrə ümumilikdə 16 sifariş verilib. Onlar arasında kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri var. Özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Qazax, Gəncə və Sumqayıt kimi şəhər və rayonlarda yerləşir.
Vətəndaşların marağına səbəb olan dövlət əmlaklarından biri paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki qeyri-yaşayış sahəsidir. Bu dövlət obyektinin ümumi faydalı sahəsi 47.9 kv.m-dir. İlkin hərrac qiyməti 35 min manat olan qeyri-yaşayış sahəsinin hərracında 3 sifarişçi iştirak etdi. Hərrac prosesində yaranan rəqabət dövlət əmlakının son hərrac qiymətini yüksəltdi. Belə ki, qalib iştirakçı xidmət və ya ofis obyekti kimi istifadəyə imkan verən bu obyekti 48 min manat təklif edərək özəlləşdirdi. Hərracda özəlləşdirilən digər qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 5.8 kv.m ilə 41.9 kv.m arasındadır.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi Qazax rayonunun Canalı kəndində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 86.1 kv.m-dir.
Budəfəki hərracda buraxılış tarixi 2005 olan nəqliyyat vasitəsi də vətəndaş marağına səbəb oldu. Belə ki, ilkin hərrac qiyməti 2 min manat olan “QAZ-31105” markalı avtomobilə 3 nəfər sifariş vermişdir. Hərracda yaranan rəqabətlə avtomobilin son qiyməti 2 dəfədən çox yüksəldi. Hərrac qalibi bu dövlət əmlakını 5 min manata özəlləşdirdi.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 14 may tarixində keçiriləcək. İştirak etmək istəyən şəxslərin hərracda 58 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Dövlət əmlaklarından 15-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 5-i yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Seçim etmək və hərracda iştirak statusu qazanmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024