İqtisadiyyat (9-04-2019, 13:30)
Vətəndaşlar niyə kompensasiya siyahısında adını tapa bilmir? - AÇIQLAMA

Mediatv.az xəbər verir ki, ekspert Vüqar Bayramlının açıqlamasına görə, bu, heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar.
“Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlarlarla Mərkəzləşdirilmiş Kredit Reyesterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var.
Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər”.
Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, bütün siyahılar sənədlə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlarımızla bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək.
“Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”, - deyə V.Bayramlı bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025