İqtisadiyyat (7-03-2019, 21:30)
Nazir: Özünüməşğulluq proqramına keçən il 1300-dən çox qadın cəlb olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirliyində özünüməşğulluq proqramı çərçivəsində uğurlu şəkildə öz biznesini qurmuş bir neçə qadınla – Solmaz Şirəliyeva, Arzu Çapkın və Məlahət Əliyeva ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.
Nazir Sahil Babayev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə nazirlik adından onları təbrik edib, xoş arzularını çatdırıb. Xanımlara gül və hədiyyələr təqdim edilib.
Nazir prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının mühüm bir hissəsinin qadınlar olduğunu deyib.
O bildirib ki, 2018-ci ildə 7267 nəfər proqram iştirakçısından 1309 nəfərini qadınlar təşkil edib:
“Cari ildə bu göstərici daha da artacaq. Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb”.
S.Babayev diqqətə çatdırıb ki, proqram iştirakçılarının verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik biznes sahələrini yaratmaları, gəlirlərini artırmaq imkanlarına yiyələnmələri bu proqrama müraciətlərin, o cümlədən qadınlar tərəfindən marağın dəfələrlə artmasına səbəb olub. Təbii ki, buna uyğun olaraq özünüməşğulluq proqramı iştirakçılarının, həmçinin proqrama cəlb olunan qadınların sayı da getdikcə artacaq.
S.Şirəliyeva, A.Çapkın və M.Əliyeva öz biznes sahələrini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən böyük dəstəyə görə prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində xanımlara məxsus istehsal və xidmət sahələrinə baxış da olub.
Martın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri, aidiyyəti ictimai birliklərin nümayəndələri ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, prezident İlham Əliyevin Fərman və Sərəncamları bütün həssas qruplara, o cümlədən 20 Yanvar hadisələri zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə və həmin hadisələrlə əlaqədar əlilliyi olanlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına imkan verib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri, aidiyyəti ictimai birliklərin nümayəndələri ilə görüşdə bildirib.
Nazir müavini bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların pensiya və müavinətlərinin, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılması sahəsində atılan mühüm addımları qeyd edib.
Nazirlikdə ictimai iştırakçığın təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən A.Kərimov həssas qrupların sosial təminatının gücləndirilməsi məqsədilə normativ hüquqi aktların hazırlanmasında qeyri-hökumət təşkilatlarının da iştirakının təmin ediliyini deyib.
Görüş iştirakçıları əlilliyi olan şəxslərə və şəhid ailələrinə Prezident cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan razılıqla bəhs edib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Onlar dövlət tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunduqlarını, sosial müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırıldığını bildiriblər. Digər tərəfdən qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan bəhs ediblər.
Görüşdə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də səsləndirilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024