Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-03-2019, 19:30)
Prezidentin köməkçisi problemli kreditlərlə bağlı müzakirələrin təfərrüatlarını açıqladı

 Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov problemli kreditlərin həlli ilə bağlı fərmanı şərh edərkən bildirib ki, məhz ölkə başçısının təkidi ilə kompensasiyanın verilməsi üzrə məbləğ 5 min dollardan 10 min dollara qaldırılıb.
Mediatv.az  xəbər verir ki, Natiq Əmirov vətəndaşlarımızın ölkə başçısının humanist və sosial yönümlü bu addımını düzgün və layiqincə qiymətləndirəcəyinə əminliyini vurğulayıb.
“Mən bir daha birinci vitse-prezident hörmətli Mehriban xanımın bu proseslərdə oynadığı əhəmiyyətli rolunu vurğulamaq istərdim. Bu sosial yükün ən çox qayğılandırdığı insanlardan biri də məhz Mehriban xanımdır. Bu İşçi qrupun, tam səmimiyyətimlə deyim ki, qeyri-iş günlərində keçirilən iclaslarında da gəlib şəxsən iştirak edirdi, öz töhfəsini verirdi”.  
Onun sözlərinə görə, ekspertlər və iqtisadçıların, hökumət nümayəndələrinin təklif etdiyi məbləğ 5000 dollar kompensasiyasının verilməsi  ilə bağlı olub, çünki aztəminatlı ailələr, əsasən, o kateqoriyada idi.
“Amma sonra cənab prezidentin tapşırığı ilə bu məbləğ 10 min dollara qədər artırılıb. 10 min dollar məbləğində devalvasiyadan əvvəl kredit götürmüş insanlara devalvasiya nəticəsində həmin kreditin manatla artan dəyərinin kompensasiya edilməsi tapşırıq olaraq gündəmə gətirildi.
Bildiyiniz kimi, iki devalvasiya baş verib. Məsələn, 2015-ci ilin 21 fevral tarixinə bir vətəndaşın 1000 dollar krediti var idi. O zaman 1 ABŞ dollarının məzənnəsi 0,78 qəpik idi.
Devalvasiyadan sonra 1.05 qəpik oldu. Yəni 27 qəpiklik artım oldu. Bu artımın hansı mənbə hesabına qaytarılması özü bir ayrı mövzu idi. Bu da ekspertlər, deputatlar və hökumət nümayəndələri ilə geniş müzakirə olundu.
Konkret təklif var idi ki, bu artan dəyər dörd hissəyə bölünsün. Bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi Mərkəzi Bank, bir hissəsi banklar, qalan hissəsi isə vətəndaşın hesabına ödənilsin. Lakin cənab prezident bunu qəbul etmədi. Bildirdi ki, bu fərq dövlət tərəfindən ödənilməlidir. Biz tapşrığa uyğun olaraq bu istiqamətdə İşçi qrup olaraq fəaliyyət göstərdik”.
Nəticədə, 1000 ABŞ dolları kreditə birinci devalvasiyada artan dəyəri 150 ABŞ dolları kimi qiymətləndirilib. Bu təqribən 250 manata bərabər bir məbləğdir. Bu da həmin artan dəyərin tamamilə kompensasiya edilməsi deməkdir.
Bir şəxsin 21 fevral 2015-ci il tarixə 1000 dollar krediti varsa, sonradan bu krediti banka ödəyib, qaytarıb-qaytarmamasından asılı olmayaraq, vətəndaşa hər 1000 ABŞ dollarına 150 ABŞ dolları və yaxud 100 ABŞ dollarına 15 ABŞ dolları kompensasiya hesablanmaqla manatla ödəniləcək.
Əgər həmin vətəndaş ikinci devalvasiyadan sonra bu məbləği banka geri ödəyibsə, yaxud bugünkü günə qədər ödəməyibsə, həmin 1000 ABŞ dolları krediti olan vətəndaşa 500 ABŞ dolları kompensasiya ödəniləcək.
“Yəni birinci devalvasiyada bizim artımımız 15 ABŞ dolları idi. İkinci devalvasiya - 21 dekabr 2015-ci il tarixində kurs 1.05 qəpikdən 1.55 qəpiyə qalxdı. Birdən-birə 50 qəpik dəyişdi. Bu da təqribən 0,35 ABŞ dolları kimi qiymətləndirilir.
Yəni ikinci devalvasiyaya məruz qalmış 1000 dollarlıq kreditə 350 dollarlıq kompensasiya ödəniləcək. Birincidə 150 dollar, ikincidə 350 dollar - cəmi hər iki devalvasiya periodunda ödənilməyən 1000 dollarlıq kreditə 500 dollar məbləğində kompensasiya ödəniləcək.
Bu kompensasiya da həmin kredit yükünün bağlanmasına yönəldilməlidir. Kreditin məbləği 10 min dollardırsa, bu şəxsə hər iki devalvasiyadan keçən 5000 dollar məbləğ ödəniləcək. Əgər kredit birinci devalvasiyadan sonra götürülübsə, yalnız ikinci devalvasiyanın təsirinə məruz qalıbsa, hər 100 dollara 35 dollar və yaxud 1000 dollara 350 dollar, 10 000 dollardırsa, 3500 dollar kompensasiya ödəniləcək.
Keçən ilin sonuna bu məsələ hazır idi. Ancaq cənab prezidentə məruzə edəndə ikinci bir sual meydana çıxdı. Əgər vətəndaşın 1000, yaxud 10 min dollar krediti varsa, iki devalvasiya ərzində bu borcunu qaytara bilməyibsə, bunun 5000 dolları dövlət büdcəsi hesabına kompensasiya ediləcəkdi.
Cənab prezident sual verdi ki, bəs yerdə qalan 5000 dollar nə olacaq? Məlum oldu ki, bu çətin bir yükdür. Cənab prezident tapşırıq verdi ki, bu, proses məntiqi sonluğa çatmalıdır. Çünki biz hesabladıq ki, 10 min dollar kredit götürən şəxs bu günə qədər borcunu qaytarmayıbsa, borcu 32 min dollara çatıb.
Əgər bu kredit manatladırsa, yəni 17 min manat civarındadırsa, bugünkü günə onun kredit məbləği 54 min manata gəlib çatıb. Bu, çox ağır yük idi. Cənab prezident və birinci vitse- prezident buna etiraz etdi və dedilər ki, insanların çiynində çox ağır faiz yükləri qalır.
Devalvasiyanınn kompensasiyasından sonra yenə də insanların üzərində böyük yük qalır. Bunun da həlli tapılmalı idi. Fərmanın ikinci hissəsinin tapşırığı buradan əmələ gəldi”, - deyə Natiq Əmirov bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024