İqtisadiyyat (26-06-2018, 10:30)
Azərbaycan neftinin qiymətindən nə xəbər?
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,57 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,09 dollar/barel çoxdur.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 74,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,09 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 73,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.