İqtisadiyyat (5-06-2018, 18:00)
Mikayıl Cabbarov: "Qanunvericilikdə islahatlar bu problemlərin həllinə yönələcək"
Hazırda Azərbaycanda hələ də tam və şəffaf hesabatlılıqla bağlı problemlər qalır.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, əgər sorğu keçirilsə, biznes nümayəndələrinin 60-70 faizinin əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata alındığı məlum olacaq:
"Amma Vergilər Nazirliyinin statistik məlumatlarına əsasən, aktiv ƏDV ödəyiciləri sadəcə 3 faizə yaxın təşkil edir. Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə görə, illik dövriyyəsi 200 min manatı ötən şəxslər ƏDV ödəyiciləri olur. Burada biz üç problemlə üzləşirik - əməkhaqlarının, dövriyyənin və hesabatlılığın gizlədilməsi".
M.Cabbarov əlavə edib ki, qanunvericilikdə islahatlar bu problemlərin həllinə yönələcək.