Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-05-2017, 20:52)
OPEC səhvini etiraf edib

OPEC səhvini etiraf edib

 

OPEC təşkilatına üzv olmayan ölkələrin 2017-ci ildə gündəlik neft hasilatını 950 min barel artırması proqnozlaşdırılır. 

Mediatv.az-ın məlumatına görə, Report OPEC-in may icmalına istinadən xəbər verir ki, aprel icmalında bu proqnoz göstəricisi 370 min barel təşkil edib.

Proqnozun kəskin artırılmasına səbəb bu il ABŞ-da şist neft hasilatının 820 min barel arta biləcəyi ilə bağlı ehtimallar olub. 

Bununla da OPEC və ona üzv olmayan ölkələrin oktyabr ayında təşkilata üzv olmayan ölkələrdə neft hasilatı ilə bağlı verdiyi proqnoz 4 dəfə yüksəlib. Hesabatda bildirilib ki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində neft ehtiyatlarının həcmi hələ də 5 illik orta səviyyədən 276 mln. barel artıqdır. 

Bu da onu deməyə əsas verir ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşması nəinki bu ilin II yarısına, hətta böyük ehtimalla 2018-ci ilin ilk yarısına da uzadılacaq.

Hesabatda, həmçinin qeyd olunub ki, aprel ayında OPEC təşkilatı ötən ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 1 mln. 908 min barel və ya 5,67% azaldaraq 31 mln. 732 min barelə salıb. 

Hasilat apreldə BƏƏ, İraq, İran və Liviyada azaldığı halda, Anqola və Səudiyyə Ərəbistanında artıb. 

Qeyd edək ki, ötən ilin oktyabr ayındakı hasilat göstəricisi müqayisə üçün standart kimi qəbul edilir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024