Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-05-2017, 21:58)
Dövlət qurumunun “Bank Standard”da böyük məbləğdə pulu batdı

Dövlət qurumunun “Bank Standard”da böyük məbləğdə pulu batdı

 

“KPMG audit şirkətinin qiymətləndirməsinə görə, İcbari Sığorta Bürosunun (İSB) “Bank Standard” QSC-də yerləşdirdiyi 2 mln. 500 min manat və 1 mln. 912 min 900 dollarlıq depoziti geri qaytarmaq mümkün olmayacaq”. 

 

Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, “Banklar haqqında” qanunun 82-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür:

“Bu növbəliliyə əsasən, əvvəlcə fiziki şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun reqress hüququ üzrə tələblər, iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər, iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri, müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri, bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki 1 ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər, təminatsız kreditorların tələbləri ödənilməlidir. 

Ən sonda qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.

KPMG-nin hesabatına görə, İSB-nin “Bank Standard” QSC-dəki depozitlərini geri qaytarmaq mümkün olmayacaq. İndiki vəziyyətdə belə görünür ki, bunun üçün vəsait çatışmayacaq.

5 ildən sonra kimsə gətirib pul ödəyə bilər. KPMG-nin qiymətləndirməsinə görə, bu günə bankın qeyri-işlək kreditlərinə görə 195 mln. manatın daxil olması gözlənilir.

Əmanətlərin sığortalanması Fondu isə bu banka görə 445 mln. manat vəsait əldə etməlidir. Reqress hüququna görə, gələn pul fondun hesabına daxil olmalıdır. Amma bu gün məhkəmə prosesində olan qeyri-işlək kreditlər var.

Gələcəkdə ola bilsin ki, buna görə böyük məbləğdə vəsait daxil ola bilər. Bankın qeyri-işlək kredit portfelinin həcmi təxminən 800 mln. manatdır. 

Bu vəsaitlər qaytarılsa, 445 mln. manat Əmanətlərin Sığortalanması Fonduna veriləcək. “Bank Standard”ın öhdəlikləri isə 1 mlrd. 153 mln. manatdır”, - deyə o vurğulayıb

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024