İqtisadiyyat (26-04-2017, 14:07)
895 min manatdan artıq vəsaitin büdcədən yayındırılmasının qarşısı alınıb
895 min manatdan artıq vəsaitin büdcədən yayındırılmasının qarşısı alınıb.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə, dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində, aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1438404 ABŞ dolları (2488440 AZN) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895000 manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.