İqtisadiyyat (17-04-2017, 22:18)
2017-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq
“2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq”.
Mediatv.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Modern.az-a açıqlamasında deyib.
Komitə sədri Z.Səmədzadə bildirib ki, qanuna uyğun olaraq hər il mayda dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir. Bu il də müzakirələr davam edəcək.
Deputat büdcəyə hər hansı dəyişiklik, əlavə və ya düzəlişin edilib-edilməyəcəyi barədə danışmağın hələ tez olduğunu söyləyib.
Əvvəlki illərin təcrübəsi göstərir ki, büdcə ilə bağlı sənədin may ayındakı müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikiliklər edilir.
Son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi, əsasən, neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur.