İqtisadiyyat (13-04-2017, 17:31)
Azərbaycan qaz ixracını artırıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 266 min 349,06 dollar dəyərində 1 mln. 619 min 616,57 kubmetr təbii qaz ixrac edib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xarici ticarətin gömrük statistikasında deyilir.
Rəqəmlərin təhlili göstərir ki, ötən rüb ərzində nəql olunan qazın həcmi 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 1 mln. 151 min 430,16 kubmetr və ya 3,46 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 202 min 862,68 dollar və ya 4,2 dəfə artım müşahidə olunur.
Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan 63 min 486,38 dollar dəyərində 468 min 186,41 kubmetr təbii qaz ixrac edib.
Təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,22%-ə yüksəlib. Ötən il bu göstərici 5,36% idi.