Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirləri 17501,2 mln. manat, xərcləri 17742,4 mln. manat təşkil edib.
Mediatv.az: "Report" bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.
Bildirilir ki, büdcənin icrasında 241,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,4%-i qədər kəsir yaranıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 12965,5 mln. manat, xərcləri 13927,4 mln. manat təşkil edib, büdcənin icrasında 961,9 mln. manatlıq və ya ÜDM-in 1,8%-i qədər kəsir yaranıb.
Xatırladaq ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19438,0 mln. manat proqnoza qarşı 17498,0 mln. manat və ya 90,0% icra olunub.