İqtisadiyyat (4-11-2016, 11:11)
Dolları bahalaşdıran ABŞ-dır, yoxsa Elman Rüstəmov?
Ekspertlər bildirirlər ki, uzunmüddətli perspektivdə manatın taleyi qaranlıqdır, devalvasiya bitmədiyi üçün baş bankir də dəyişdirilmir
ABŞ Federal Ehtiyat Sistemi (FES) dollarla bağlı faiz artımı qərarı verməsə də, manat ucuzlaşmaqdadır.
Mediatv.az xəbər verir ki, Ekspertlər musavat.com-a manatın yaxın müddətdəki taleyinin FES-dən, yaxud Mərkəzi Bankdan asılı olduğunu musavat.com-a açıqlayıblar.
Ekspert Natiq Cəfərli bildirib ki, manatın taleyi hazırda nə FES-dən, nə də Mərkəzi Bankın rəhbərindən asılı deyil: “ Manatın dərdi daha böyükdür. Manat ölkənin valyuta gəlirlərinin azalmasından, ölkənin valyuta gətirə biləcək, dünya bazarlarına heç nə təqdim edə bilməməsindən, ölkənin valyuta, idxaldan asılılıqdan asılıdır. Yaxın həftələrdə Yeni il bayramının gəlməsi ilə bağlı idxalın artacağı proqnozlarından da asılıdır. Yəni bir çox şeylərdən asılıdır, xırda məsələlərdən tutmuş iri, makroiqtisadi göstəricilərə qədər hər şeydən asılıdır. Ona görə də manatın taleyi yaxın gələcəkdə heç də yaxşı görünmür. Hələ üstəlik, dekabrda FES də faizi artırsa, qonşu ölkələrdə ciddi valyutaların ucuzlaşmasına səbəb olacaq. Bu da istər-istəməz Azərbaycan manatına təsir göstərəcək. Azərbaycan təcrid olunmuş halda yaşamır, dünyada, ətrafda gedən proseslərdən də asılıdır. Üstəlik, son günlər neftin qiyməti də ciddi enişə keçib. Bu il əslində neftin qiyməti 11 faiz dəyər itirib. Bu da təbii ki, manata basqıları artırır. Bütün bu proseslər üst-üstə gəldikdə, manatın gələcək taleyi çox qaranlıq görünür”.
Ekspertin sözlərinə görə, ilin sonuna FES qərarını dəyişməsə də, manat yenə ucuzlaşacaq: “Manat yenə dəyər itirəcək. Amma ümumən, köklü və fundamental manatın məzənnəsinə təsir etməyəcək. Düşünürəm ki, ilin sonuna qədər yumşaq şəkildə gündəlik, yaxud həftəlik məzənnənin zəifləməsi yolu ilə Mərkəzi Bank manatı ucuzlaşdırmaqda davam edəcək. Çünki həm də hökumətin bunda marağı var. Manat nə qədər ucuz olsa, Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarına o qədər çox qənaət etmiş olur. Burada hökumətin də marağının olduğunu qeyd etmək lazımdır”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, manatla bağlı qısamüddətli proqnoz vermək çətindir: “Çünki manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Kiçik dövr çərçivəsində Mərkəzi Bank istənilən məzənnəni təyin edə bilər. Özünün zərərinə olsa belə edə bilər. Buna görə də ciddi proqnoz uzunmüddətli, ən azı 1 illik ola bilər”.
Ekspertin fikrincə, uzunmüddətli perspektivdə manatın taleyi acınacaqlıdır: “Dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır. Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır. Deməli, ölkədə dollar azaldıqca, qiyməti də artacaq. Dollarımız isə azalır, o cümlədən valyuta ehtiyatlarımız da azalır. Bu, həmçinin Neft Fondunun səriştəsiz fəaliyyəti nəticəsində baş verəcək. Valyuta gəlirlərimiz ona görə azalır ki, neftin qiyməti ən azı artmır və böyük ehtimalla yenə düşəcək. İqtisadi əsaslarla yanaşı, geosiyasi səbəblər də var. Digər tərəfdən, neft hasilatımızın da həcmi azalır.
Deməli, daha az neft satırıq, özü də aşağı qiymətlə satırıq. Neft və qaz Azərbaycanın yeganə valyuta gəliri mənbəyidir. Dünya bazarında əhəmiyyətli həcmdə başqa heç nə satmırıq. Çünki qeyri-neft sektorumuz, o cümlədən kənd təsərrüfatı inkişaf etməyib və etmir də. Sahibkarlığın inkişafı üçün ciddi və real tədbirlər görülmür, məmurlar prezidentin göstərişlərini yerinə yetirmir. Məhkəmə sistemi bərbad gündədir.
Buna görə də sərmayə qoyub iş görmək istəyən yoxdur. Xaricə nə isə satmağımız bir tərəfə, heç özümüzü də təmin edə bilmirik, ərzaqın da böyük hissəsini idxal edirik. Təbii, neft gəlirləri hesabına.
Deməli, valyuta gəlirlərimizin bir hissəsi ərzağa xərclənir. Buna görə də manatın devalvasiyasının sonu görünmür. Görünməsi üçün indidən tədbirlər görmək lazımdır. İlk növbədə də müstəqil və obyektiv məhkəmə sistemi olmalıdır ki, sahibkarlarda əminlik hissi yaransın və yavaş-yavaş iqtisadiyyatımız dirçəlsin.
Bank sistemi və milli valyuta etimada söykənən institutlardır. Bu etimad ilk növbədə Mərkəzi Bankın rəhbərinə olan etimadla ölçülür. Azərbaycanda isə Mərkəzi Bankın sədri ən nüfuzsuz məmurlardan biridir, sözünə heç etimad yoxdur, düz danışanda belə etimad göstərilmir. Buna görə də məntiqlə çoxdan istefaya göndərilməli idi. Amma göndərilmir. Ona görə ki, devalvasiya bitməyib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024