Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-10-2016, 09:37)
Neft qiymətində İran amili

Neft qiymətində İran amili

 

Ekspertlər neft qiymətlərinin 60-65 dollardan yuxarı olacağını ehtimal etmirlər 

 

 

Mediatv.az:  Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Neftin ucuzlaşmasına səbəb OPEC-ə daxil olan İraqın neft hasilatının dondurulması ilə bağlı sövdələşmənin əleyhinə olduğunu bəyan etməsidir. İraqın neft naziri Cabar Ali al-Luaibi sözlərinə görə, Bağdad neft hasilatını dondurmaq istəmir. İraq isə bu aydan etibarən neft hasilatını artıra biləcəyini deyib. Buna baxmayaraq, İran bildirib ki, İraqın bu addımı OPEC-ə üz olan digər ölkələri sövdələşməyə qoşulmağa həvəsləndirəcək. 
 
Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neftin hasilatını 32,5-33 milyon barel səviyyəsində dondurmağı razılaşdırıb. Lakin ayrı-ayrı ölkələr üçün hər hansı limitlə (kvota) bağlı razılıq yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcək. 
İranın neft nazirinin müavini Amir Hüsseyin Zamaninia “Tehranın digər OPEC üzvü ölkələrini neft bazarına sabitlik gətirə biləcək istehsalın dondurulması razılaşmasına qoşulmağa cəsarətləndirəcək” deyib. Onun sözlərinə görə, İran neft bazarının sabitləşməsi üçün OPEC-ə kömək etməyə hazırdır: “55-60 dollar/barel aralığında neft qiymətinin bazara sabitlik gətirmək üçün ədalətli olduğuna inanırıq”.
Neftə tələbatla bağlı da fərqli fikirlər səslənməkdədir. “VYGON Consulting” şirkətinin hazırladığı proqnoz hesabatın baza variantında qeyd olunub ki, qlobal bazarda neftə məcmu tələb 2035-ci ildə 87 milyon barel/gün təşkil edərək cari tələbdən 7 faiz az olacaq. Hesabatda həmçinin bildirilir ki, məcmu neft tələbinin 2023-cü ildə cari səviyyədən 3,3 faiz artımla gündəlik 97 milyon barelə çatması gözlənilir. “VYGON Consulting”ə görə, neftə tələbin azalmasına səbəb kimi avtonəqliyyat və energetika sektorlarında istehlakın azalması göstərilib. Bununla yanaşı, OPEC ölkələrində 2035-ci ilə qədər neft tələbinin 27 faiz azalması, inkişaf etməkdə olan ölkələrdə isə 11 faiz artması proqnozlaşdırılır. Analitiklərin fikrincə, neft, bərpa olunan enerji növlərinin inkişafından asılı olmayaraq əsas enerji mənbəyi olmağa davam edəcək: “Bununla yanaşı, neftə tələbin kəskin azalması mümkündür. Neft hasilatının maksimal həddə çatması fonunda istehlak bazarları uğrunda mübarizə neft qiymətlərini kəskin azalda bilər”.
Professor Elşad Məmmədov musavat.com-a açıqlamasında bildirib ki, son dövrdə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə enməsi əksər neft hasilatçıları ölkələrinə bazarın tarazlaşdırılması istiqamətində müəyyən səylərin göstərilməsini diktə edir: “Neftin qiymətinin artırılması istiqamətində son  aylar  ən çox  səy göstərən ölkələr iqtisadiyyatlarının diversifikasiya səviyyəsi aşağı olan ölkələrdir. Lakin son günlər hətta İran kimi iqtisadiyyatının xeyli dərəcədə şaxələndirilməsinə nail olmuş  ölkənin də bir sıra rəsmilərinin neft hasilatı ilə bağlı müəyyən  güzəştlərə getməyə hazır olduğunu bildirməsi artıq neft  hasilatçıları ölkələrinin tam əksəriyyətinin kritik iqtisadi durumla qarşılaşdıqlarını göstərir. Həqiqət naminə bildirmək lazımdır ki, İran rəsmilərinin  hasilatın azaldılması istiqamətində nümayiş etdirdikləri mövqe digər hasilatçı ölkələrin əksəriyyətinin rəsmi nümayəndələrinin mövqeyinə nisbətən daha sərtdir, amma bu ölkənin də artıq müəyyən kompromisə getməyə hazır olması neft hasilatçıları ölkələrinin çətin durumda olduğunu bir daha göstərir”. 
 
Ekspertin sözlərinə görə, bu baxımdan, dünya bazarlarında neftin qiymətinin formalaşmasında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulduğunu qeyd etmək lazımdır: “Bu da elmi-texniki tərəqqi ilə bağlıdır. Artıq ABŞ-ın neft qiymətlərinin tənzimlənməsində xarici tərəfdaşlarından asılılığı xeyli dərəcədə azalıb. Təsadüfi deyil ki, neft qiymətlərinin  stabilləşdirilməsi və artırılması mövzusunda son aylar aparılan  danışıqlarda ABŞ iştirak etmir. Məsələ bundadır ki, qiymətlərin 50-60 dollar arasında manevr etdiyi zaman, şişt buruqları artıq rentabelli olur. Bu isə neft bazarında təklifin kəskin şəkildə artmasına səbəb olaraq, qiymət artımının müəyyən səviyyəyə çatdıqdan sonra dayandırılmasına xidmət edir. Beləliklə, dünya elmi-texnoloji və iqtisadi sistemlərinin hegemon qüvvəsi olan ABŞ-ın  dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına imkan verməmək iqtidarında olduğunu və bunun yaxın dövrdə bu ölkənin maraqlarına əsasən cavab verməsini, eyni zamanda texnoloji baxımdan məntiqli olmasını nəzərə alaraq, yaxın dövrdə, zənnimcə, neft qiymətlərinin 60-65 dollardan yuxarı  olacağı ehtimalı çox azdır”.
Qeyd edək ki, xarici ekspertlər Rusiya və Səudiyyə Ərəbistanının OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək sammitində hasilatın azaldılması qərarına müsbət yanaşmasına baxmayaraq, bunu real hesab etmirlər. Bu iki iri neft ölkəsi hasilatın azaldılması qərarını dəstəkləyəcəklərini bildirsələr də, istər Rusiya, istərsə də Səudiyyə Ərəbistanının xarici investisiya proqramları qərarın baş tutmaması ehtimallarını artırıb. Belə ki, Rusiya tərəfi “Rosneft” vasitəsilə Hindistanın “Essar oil” kimi nəhəng neftayırma zavodunu almaq üçün “Trafigura” şirkəti ilə danışıqlar aparır. “Saudi Aramco” isə öz növbəsində son 5-10 il ərzində Çin, Cənubi Koreya və ABŞ bazarlarında neftayırma zavodları və ticarət obyektləri alaraq strateji yatırımlar edib. Bu addımlar hər iki ölkənin hasilatını artıracağı mənasına gəlir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024