"Son illərdə Dünya Bankının kreditlərindən istifadə əmsalı daha da artıb".
Mediatv.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankının ölkədəki nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun fəaliyyətinin başa çatması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, son 4 ildə bu əmsal 8% civarında artıb: "Dünya Bankının regional direktorundan aldığım məlumata görə, bu rəqəm 2012-ci ildə 13% idisə, indi 20%-ə çatıb". ("Report")