Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-02-2016, 22:26)
“Mərkəzi Bank “alovun üzərinə benzin tökmək”lə məşğuldur”

gubad_2016

 

“Mərkəzi Bank uçot dərəcəsini qaldırıb, faiz dəhlizinin parametrlərini dəyişib. Bununla da hesab edir ki, manatla yığımları artırmala və inflyasiyanı sabitləşdirməklə son nəticədə manatın sabitliyini davam etdirəcək. Hələ Mərkəzi Bankın ehtiyatlarının yüksək olduğu, bankların tənzimləmə vasitələrinin güclü, pul kredit siyasətinin təsirli olduğu dövrlərdə də uçot dərəcəsinin simvolik xarakter daşıdığını nəzərə alaraq, indiki qərarın təsirlərini şərh etməyə də bilərdik”.

Mediatv.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Qubad İbadoğlunun sözlərinə görə, hazırkı həsas məqamda bunun yalnış anlaşılmaması və çaşğınlıq yaratmaması üçün qəbul edilmiş qərar barədə fikirlərimi bölüşüb: “Əvvala qeyd edim ki, normal münasibətər çərçivəsində buxovlayıcı monetar tədbir hesab olunan bu qərar dövriyyədəki pul kütləsini məhdudlaşdırmaq, faiz dərəcələrinin artırmaqla, investisiya fəallığını aşağı salır. Yəni, bizim nümunəmizdə hətta bu qərar təsirli olsa belə yersizdir, çünki, manatın məhdudlaşdırmaqla işgüzar fəallığa mənfi təsir göstərir. Buna isə əslində cağdaş Azərbaycan iqtisadiyyatının ehtiyacı yoxdur. Çünki hazırda onsuz da inzibati vasitələrlə manat qıtlğığ yaradan Mərkəzi Bank onsuz da investisiya mühitini pisləşdirib. Bu isə bohran dövründə “alovun üzərinə benzin tökmək”lə müqayisə oluna bilər. Hesab edirəm ki, Mərkəzi Bankın dövriyyədəki manat kütləsini məhdudlaşdıran siyasəti hazırkı dövrün tələblərinə cavab vermir və ölkədə onsuz müxtəlif xarici və daxili faktorlardan qaynaqlanan və əsasən də alıcılıq qabliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaran mövcud böhranın sosial fəsadlarını daha da sərtləşdirir, məcmu tələbi bir az məhdudlaşdırır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024