Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-05-2015, 14:57)
"Moody's"dan manatın yeni devalvasiyası haqda proqnoz

 

Bu gün Bakıda "Moody's" beynəlxalq reytinq agentliyinin kredit riskləri üzrə illik konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda "Moody's"in ekspertləri Azərbaycan iqtisadiyyatı və onun gələcəyi ilə bağlı çıxış ediblər, yerli bank sektorunun numayəndələrinin də iştirak etdiyi toplantıda maliyyə sektoru barədə geniş müzakirələr aparılıb.

Tədbirdə "Moody's" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb. Belə ki, bu il ölkədə ÜDM-in optimist halda 1% artacağı, pessimist halda isə dəyişməyəcəyi vurğulanıb, inflyasiyanın 8-9% təşkil edəcəyi bildirilib.

Bankların milli valyutanın fevraldakı devalvasiyasından çəkdikləri ümumi valyuta zərərinin məcmu bank kapitalinin 9% olduğu bildirilib. Devalvasiyanın fiskal yükü azaltdıgı, amma bank sektoruna zərər verdiyi qeyd olunub.

Devalvasiyanın tədricən davam edəcəyini vurğulayan "Moody's"in proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatının artım tempinin bu ilin ikinci yarısında azalacağı gözlənilir. Bank sektorunda valyuta risklərini azaltmaq üçün ölkədə törəmə, yəni müddətli əməliyyatlar bazarının inkisaf etməsi zəruridir. Bu bazarın bankları valyuta riskindən hedc etməsi, yəni, qoruması üçün vacibliyi vurğulanıb.

Daha sonra ölkədə dollarlaşma prosesinin sürətlənərək 40%-dən 2000-ci illərin ortalarında olduğu kimi 65%-ə yüksəldiyi qeyd olunub. Eyni zamanda, ÜDM artımının neft qiymətlərindən asılılığı xüsusilə vurğulanıb və bu il neftin orta qiymətinin 55 dollar/barel, 2016-cı ildə isə 65 dollar/barel olacağı proqnozlaşdırılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024