Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-04-2015, 12:18)
Avropa “Qazprom”u cəza ilə hədələyir

Avropa İttifaqı “Qazprom”a qarşı hüquqi hücum hazırlayır

 

Anti-inhisar agentliklərindən alınan məlumatlarda bildirilir ki, Moskva bazardakı hegemon mövqeyindən sui-istifadə edərək müştəriləri qiymətdə aldadıb.
Avropa İttifaqının ədalətli rəqabət komissarı Margretye Vestager şirkətə qarşı hüquqi sənədin üzərində işləyir.
“Qazprom”a qarşı sözügedən məsələ üzrə təhqiqat artıq iki ildir ki, davam edirdi.
Bundan bir həftə əvvəl xanım Vestager Aİ inhisar qaydalarını pozduğuna görə ABŞ-ın internet nəhəngi Google-a qarşı rəsmi ittiham irəli sürüb.
Təhlilçilər bildirirlər ki, xanım Vestager belə görünür, böyük korporasiyaları lərzəyə gətirmək yolu tutub.
Xəbərlərdə deyilir ki, Vestager, çox güman “iradlar siyahısı” adlanan ittiham vərəqini “Gazprom”a ABŞ səfərindən qayıtdıqdan sonra təqdim eəcək.
“Qazprom” və Avropa Komissiyası bu xəbərin şərhindən imtina ediblər.
Rusiya şirkətinə yaxın mənbə Reuters agentliyinə bildirib ki, Moskva qiymət məsələsində həmişə “dostcasına razılaşmağa” üstünlük verib, lakin indi bu ittihamnaməni çox da yaxşı qarşılamayacaq.
“Qazprom” hələ ötən il bu məsələ barədə Vestagerin xələfi ilə dil tapmağa çalışsa da, uğur əldə edə bilməmişdi.
Bundan əlavə, Ukrayna böhranına görə Rusiyaya olan ümumi münasibət də mənfiyə doğru dəyişib.
Vestagerin Vaşinqtonda etdiyi çıxışından belə görünür ki, onun siyasəti “dil tapmağa” deyil, “cərimələməyə” hesablanıb. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024