Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Mediatv.az report-a istinadən xəbər verir ki, hadisə Zəhmət kəndində qeydə alınıb.
Şəmkir rayon Çənlibel kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.